Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirilib
Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 29-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanına hazırlaşanlar üçün sınaq imtahanı keçirilib.
Mərkəzdən Adalet.az-a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunub.
İştirakçılara biliklərini yoxlamaq üçün zəruri şərait yaradılıb.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 3 saat davam edib. İmtahanın idarə olunması üçün 8 imtahan rəhbəri və 56 zal nəzarətçisi ayrılıb.
Sınaq imtahanı ilə bağlı DİM-də operativ qərargah da fəaliyyət göstərib və mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün binalarda təlimata uyğun təşkil olunub.
İmtahan nəticələrinin yaxın 2 gün ərzində elan edilməsi nəzərdə tutulur.
Digər Xəbərlər
14 Sentyabr 2026 17:51
AzTU-nun bu layihəsi beynəlxalq elm müsabiqəsinin qalibi oldu
14 Sentyabr 2026 16:45
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
14 Sentyabr 2026 15:35
Bu siniflərdə Azərbaycan dilinin dərs yükü 42 saata çatdırılacaq
14 Sentyabr 2026 15:28


Bakı -°C

