Deputatların məzuniyyəti BAŞA ÇATDI

Milli Məclisin deputatları bu gün məzuniyyətdən qayıdır.
Adalet.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.
Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda MM-in tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Digər Xəbərlər

İlham Əliyevin Çinə səfəri BAŞA ÇATDI - FOTOLAR

Sahibə Qafarova Fələstinin Azərbaycandakı səfiri ilə görüşüb

"Bu görüşlər Azərbaycana daha çox sərmayə cəlb edəcək" - Deputat

İlham Əliyev San-Marinonun regent kapitanlarını təbrik etdi

Paşinyan hakimiyyətini hansı “alverlərlə” QORUYUR? - Səxavət Məmməd yazır

İlham Əliyev və xanımı Pekindəki ziyafətdə - VİDEO

Putin İlham Əliyevlə salamlaşdı - VİDEO
