adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Iyul 2020 13:03
62974
ƏDƏBİYYAT

MAĞARA - Barat Vüsal yazır

Xristianlarınilk ibadət etdikləri mağaralar

ancaqRomanın deyil, həm də dünyanın mağaraları idi.

V.Hüqo.

Mağaralar Yer üzündə insan nəslininilk yaşayış yerləri olubdu.

Mağarada ilk dəfə Adəmlə Həvvayaşayıbdır.

İbrahim peyğəmbər mağarada doğulub vəmağarada dəfn olunub. (Bu haqda bir az sonra)

Musa peyğəmbər 40 gün Tur dağındamağaraya çəkilib, dualar edib və ona "Tövrat” nazil olub.

Zərdüşt peyğəmbər də mağaradadoğulubmuş.

İsa peyğəmbər 40 gün mağarada etdiyidualarla Allaha sığınıb.

"Mağara Həzrəti Məhəmmədin məktəbi idi.” (Ş.Təbrizi).Ona ilk vəhy Hira mağarasında gəlib.

"İmam Qorqudun... qəbri qayalı dağdaçapılmış iri bir mağaradadır.” (Adam Oleari)

Bu maraqlı faktlara əlavə edəcəyimfaktlar da çox maraqlıdır.

"Torpaq tanrıçası –ilahəsi Terrailkin Xaosdan öz-özünü yaratmış və sonra dağları, mağaraları, yer üzündəkibütün canlıları və Pont-Qara dənizi yaratmışdır.” (F.Rüstəmzadə "Horsivilizasiyası və onun günümüzdəki izləri” kitabından.)

Sanskritcə "Mağara”ya "İşvulva” yəni "İşvanın analığı” deyilib. Bubaxımdan "Ana rəhmi” simvolizə edənmağaralar ora "sığınan birinin yenidən vəyeni dünya görüşü ilə dünyaya gəlməsinitəmin edir.”Mağaralarda sufilər, övliyalar sanki yenidən doğulurlar.

Peyğəmbərlərə mağaralarda, quyulardavə.s qaranlıqlarda, gecələrdə vəhy mələyi gəlir.

"Əsl bilgilər gəlir. ... Məlum olurki mağaraların dərinliyində "İşıq olacaq” (D.Didro)

Mağaraya "Çillə” də deyərmişlər.Yaddaşlarda və dini məktəblərdə aşağdakı fikir elə- belə yer almayıb. "Danyal(Daniel) peyğəmbərin yanında mənə çiləni göstərdilər.”

"Əshabi- kəhf” mağarasının sakinləribu deyilənə ən yaxşı sübut deyilmi?!

...Mağaradakı qaranlıq, sakitlik, səssizlikinsanın kainatla, Allahla əlaqəsini açır.

Mağaralar ilk ibadət yerləriydi.

Tapardım özümə orda bir kaha,

İbadəteylərdim orda Allaha.

(Nizami)

İndi qayıdaq bir çox peyğəmbərlərinnədən mağarada doğulması məsələsinə.

"Tarixçi İbn İshaq yazır:

"Allah Təala İbrahimi öz camaatına dəlilvə bəndələrinə elçi göndərmək istəyəndə nücum əhli (Münəccimlər) Nəmrudunyanına gəlib belə bir xəbər verdilər: "Bil ki, bizim elmimiz sənin vilayətindəfilan il, filan ay və filan gündə bir oğlan uşağı doğulacağını deyir. Bu uşaqsizin dininizə xələl gətirəcək, bütlərinizi sındıracaq. Münəccimlərin dediyi ilgələndə Nəmrud narahat olmağa başladı. Sələbibu narahatlığın səbəbini belə göstərir:

"Nəmrud çox qarışıq və dolaşıq yuxular görərdi, bir gecəröyasında gördü ki, səmada çox parlaq birulduz doğdu. Sonra onun parıltısı o qədər çoxaldı ki, Ayın da işığınıörtdü. Padşah bundan qorxub ayıldı. Yuxu yozanlar röyanı belə yozdu:

-Sənin mülkündə bir uşaqdoğulacaq. O, sənin camaatının dinini dəyişdirəcək. Sənin ölümün və səltənətinin məhvi onun əli ilə olacaq.

Nəmrud əmr elədi ki, bütün qadınlar nəzərdən keçirilsin. Hamilə görünə biləcək hər kəsonun sarayına gətirilsin

Azərin arvadı Allahın iradəsi ilə elə vəziyyətdə idi ki, hamiləliyibilinmirdi. Tək-tük hamiləliyi olan qadınlar nəzarət altına alındı. Doğulanoğlan uşaqları isə əllərindən alınıb öldürüldü.

Beləcə Rəbbimiz İbrahimin ilk nicatını anasının bətnində olarkən verdi.

Lakin İbrahimin də bu dünyayagəlişi yaxında idi. Ana bunu hiss edincəAzərdən xahiş etmişdi ki, qonaq getmək bahanəsi ilə onu buradan çıxarsın.Onda hamilə qadın yemək və su ilə birmağaraya gətirilmiş və azad oluncaya qədər burada qalmışdı.”

Təbəri də yazır ki, doğuma az qaldığını görüncə gecə ikən Azərinarvadı dağın ətəyindəki mağaraya çəkildi. İbrahim (ə) oradadoğuldu” (Sabir Həsənli. "Peyğəmbərlər tarixi”)

Bundan sonra İbrahim anası izazdırmaq üçün uşağı əmizdirəndən əmizdirənə mağaraya gəlirmiş.

Bir dəfə gec gələsi olur. Gələndəgörür ki, mağarada səssizlikdi. Uşaq ağlayışı-zad eşidilmir. İçəri girəndəgörür ki, balaca İbrahim aclığını dəf etmək üçün sağ əlinin baş barmağını əmir.

Əlbəttə, bu da Allahdandı, təqyiri-qəzadandı.Və nə Allahdan deyil ki?!

...Zərduştun dünyaya gəlişindən İranın baş kahini Durasan bərkqorxuya düşüb. Onun təzə din yaradacağını öyrənib, onu körpə ikən öldürmək istəyib.

Oda atıblar, yanmayıb.

Naxırın qabağına qoyublar ki, ayaq altda qalsın, ölsün, lakin heç nəolmayıb. Nəhayət, canavarlara yem etmək və ya acından öldürmək üçün mağarayaatırlar. Orda da sağ qalır.

Və ona da peyğəmbərlik mağarada verilir...

Yunanların baş allahı Zevs də mağarada doğulmuşdu.

Kahinlər Zevzin atası Krona xəbərdarlıqedirlər ki, oğullarından biri gələcəkdə səni məhvedəcək, qorxusundan ata da başlayır doğulan oğullarını udmağa. Zevsindoğulmağına az qalmış anası ərindən gizlicə uzaqdakı bir mağaraya çəkilir, Zevso mağarada dünyaya gəlir.

Qədim yunan filosofu Platona görə "Bu dünya mağara şəklindədir. Biz üzüdivara durmuşuq guya” (N.Həsənzadə)

Əfsanəyə görə,İlahi qadın olan bir qarı 7 bulağın və 7 dağınarxasındakı bir mağarada oturar, zamanın çarxını fırladar. Dürüst adamlaragörünər. Onlara saz və qaval verib şamanlıq etmələrinə yardım edər.

Mağaraların və dağların tanrıçası Kibela olub. Tədqiqatçıların vəaraşdırmaçıların gəldiyi qənaətə görə mağaralar adətən dağlarda yerləşir. Mağaralardan üçü daha məşhurdur.Hira mağarası Məkkədən 6 km. aralıda Nur dağında yerləşir. Hansı ki, peyğəmbərimizəQuranın ilk ayələri orda endirilmişdir.Sevr mağarasında peyğəmbərimiz Əbu Bəkr Siddiqlə birlikdə müşrüklərin təqibindənxilas olunmuşdu qorunmuşdu.

Bəzən "Yeddi gəncin mağarası "deyilən "Əshabi-Kəhf” mağarasında baş verənlər, Dağyanus adlı zülmkardan qaçanların başına gələnlərQuranda öz əksini belə tapıb:

"Ayə 10. Mağaraya sığınmışdı o cavanlar ( 7 gənc və bir it. ) Dedilər:"Rəbbimiz bizə rəhmət bəxş elə və bizəbir çıxış yolu tap. Düşdüyümüz bu işdən. 11. İllərlə yatızdırdıq mağaradaonları. 13. Rəblərinə iman gətirən cavanlardı o kəslər. Biz də artırmışdıqimanlarını.Cəsarət vermişdik ürəklərinə.Padşahın önündə qalxıb ayağa, dedilər: " Göylərin, yerin Rəbbidir, bizim Rəbbimiz.Ondan başqasına tanrı demərik. Desək, küfrə batarıq.”

Bəli, Allahın birliyinə iman gətirdikləri üçün Allah onları 300 il (9il də üstəlik) hifz etdi. Allah öz qulunu nalla-mıxın arasında labüd ölümdən həmişəbeləcə qurtarır! Təki sən ona qəlbən, bütün varlığınla sığın! Onlarıqovub-tutub öldürmək istəyən vardı. Bir imansız, zülmkar padşah! Onları qoruyanvardı-inandıqları bir olan Allah! "Mağaraya sığının!”- deyən lütf və qüdrətsahibi!

"Qırxlar piri” deyilən müqəddəslər də Allaha sığınıb, mağaradayaşayıblar.

" 9 yaşlı Manas quzu otaranda quzuların birini qurd aparır. Manas birmağarada 40 cübbəli adam və həmin bir quzusunu sağ-salamat görərək onlardanqurdu soruşur. "Qurd olan bizik. Qırxlar deyilir bizə” dedilər. "Koroğlu”dastanının Dağıstan variantında Koroğlu daatları axtara-axtara gəlib bir mağaraya çıxır...

Heraklın da başına belə bir iş gəlibmiş.”Qoroğlu” əfsanəsində Qoroğluuşaq ikən itgin düşəndə, aparıb onu Ağdama aid Muradbəyli tərəfdə mağarada birqurd saxlayıb, böyüdübmüş. Ona görə də adına bəzən onun " Qurdoğlu” da deyilib.Tukyu əfsanəsində sağ qalmış son türkümağarasına aparan dişi qurd onunla cütləşərək, nəsli yenidən davam etdirmişdir.

...Təmiz və gözəl bir qadın məşhur övliya Əbdül Qadir Gilanininyaxını idi. Bu qadına günahkar bir adam aşiq olmuşdu. Qadın dağda ikən ehtiyacüzündən bir mağaraya girmişdi. O adam dalınca gedib qadının başına pis işlər gətirməkistəyəndə qadın Əbdül Qadir Gilaninin adını çəkərək "Yardım et, ey Qövsi -əzəm!Ey insanların və cinlərin yardımçısı, yetiş”- deyə fəryad etdi. Həmin vaxt Ə.Q.Gilani mədrəsədədəstnamaz alırdı. Ayağında taxta çəkələk vardı. Onları çıxarıb mağaraya tərəfyellədi. Günahkar adam arzusuna çata bilmədi.Çəkələklər təpəsinə dəydi vəölüncəyə qədər başına vurdular. Qadın ölmüş günahkarın yanından taxta çəkələklərigötürüb Ə.Q.Gilaniyə gətirdi...

Qədim zamanlarda bir çox dağlardamağaraları hökmdarların əmriylə insanlar (daş və qaya yonan ustalar) düzəldiblər.

Türkiyədəki Qoyeme və çindəkiDun-Xuan adlı yerdəki min mağara bu cür yaradılıb. Bataqlıqlarda yeraltımağaralar olduğu da müəyyənləşdirlib.

"Qoca adamlar söyləyirdilər ki, 100 il öncə göy kişnəyib yer tərpənməksəbəbindən dağ uçub, mağara açılmış, görmüşlər ki, mağaranın içində qurumuş bədənli, gözləriyumulu vəziyyətdə bir nəhəng rahat oturub. Saçı-saqqalı uzanıb üzünü və çiyniniörtmüşdür.

Hökmdar səcdə etmək üçün getdi. Camaat yığıldı, hamı ehtiram göstərdi,gül səpdi, baş əydi. Hökmdar rahiblərədedi:

-Bu necə adamdır?

Rahiblərdən biri söylədi:

-Bu dinin müqəddəs adamıdır.

O, Nirudatamabuni dyona girib ( yəni düz və hərəkətsiz oturub.) Çoxillər keçdiyindən onun saç-saqqalı uzanıbdır. Hökmdar "Oyatmaq olarmı?” deyəsoruşdu.

Rahib söylədi:-Oyatmaq, qaldırmaq olar. Az-az yeməkdən zəifləmiş bədən ibadətdən duran kimi dağılar. Onun üçün əvvəlcə turş südlə bədənini sürtmək gərəkdir. Ondan sonra sinctoxundursan oyanar, durar, dedi.

Hökmdar söylədi:

-Çox yaxşı dediniz... elə olacaq, indi dediyiniztək.

Əmr etdi, rahib dediyi turş südü onun bədəninə sürtüb sinctoxundurdular. Elə bu vaxt müqəddəs ata gözünü açıb ətrafa baxdı və soruşdu:

-Siz kimsiniz?

Rahiblər cavab verdilər:

-Biz rahibik, müqəddəs ata!

Söylədi:-Onda mənim baxşım tanrı Burxan Kesin harada olmağı əmr edir?

Ona dedilər:- çox zamanlar keçib.

O, dərindən köks ötürdü, yenə dedi:

-Şakimunu Tanrı Burxan səadətinə çatıb ya yox?

Cavab verdilər:

-O, Burxan səadətinə çatıb, baş bütlərə xas olan iş və hərəkətləritamamilə icra edib Nirvanaya girdi.

Bu sözləri eşitdikcə rahib qaşlarını düyünləyib üzünü turşudaraq əlləriilə saçlarını götürüb yerindən qalxıb fövqalədə qüvvə ilə od yaratmış, öz bədəniniyandırmış, qalmış sümükləri yerə düşmüş... Hökmdar və bütün icma onun sümüklərinin qalıqlarını yığıb sütun düzəldib oradaqoydular” ( Uşar şəhərinin qərb tərəfindən 100 km. uzaqlıqda olan ucadakı Mağara haqdakı əhvalatdan.)

Göründüyü kimi, müqəddəs atanın bədəni mağarada onun ibadət halındaolduğundan uzun müddət dağılmayıbmış.”Əshabi-kəhf” mağarası haqda Quranda deyilənayələrdə də uzun zaman yuxuya verilmiş cavanların bədənləri də çürüməsin, deyə,hərdən haqdan o üz bu üzə çevirirrmişlər...

Tarix qəribə əhvalatlarla həmişə zəngin olmuşdur.Sən demə, mağaralaryalnız qədim insanların sığınacaq yeri olmayıb. Mağaraların bir qismiqəbristanlığa çevrilib.

Satın alınmış torpaq (lar)layanaşı satın alınmış mağara (lar) da olub.

Anasının mağarada doğmağa məcbur olduğu İbrahim peyğəmbər arvadıSaranı gələcəkdə qəbristanlıq etmək üçün satın aldığı mağarada dəfn edib.

İbrahim peyğəmbərin qardaşı oğlu Lut peyğəmbər yaşadığı şəhər Allahınqəzəbinə gəlib məhv ediləndə, iki qızıyla qaçıb mağaraya sığınmışdı.

Qədim türk xaqanı öz əyanları ilə birgə əcdadlarına xas mağarada qurban kəsər, onları yad edər,şad edərmiş...

Oğuzların mağaraları səcdə etmələri haqqında da tarixi məlumatlarvar.

...Şah İsmayıl "Çaldıran döyüşü”ndən qabaq rəssam K.Behzadı və məşhurbir nəqqaşı heç kimə etibar etməmişdir.

Mağaradan başqa!

Onları döyüş qurtarana qədərbir mağarada gizlətmişdi ki, sənətə, sənətkaraxətər toxunmasın!

Döyüşdə uduzsa da, onları sağ-salamat görəndə şah çox sevinib vədeyib:

-Şükürlər olsun ki, mən iki sənətkarı hifz edə bildim.

Mağaralar müqəddəs olduğundan gərək onlara müqəddəs məqsədlə,amalla sığınasanmış. Yoxsa...

Davud Nəsibin " Cavanşir” romanında bir epizod belədir: Erməni əsilli bir cani Cavanşiri xəyanətləöldürüb aradan çıxır. Azıx mağarasında gizlənmək istəyəndə mağaradan çıxan Ayıonu parça-parça edir.

Quranda 18-ci surə "Mağara” adlanır. Mağaranın müqəddəsliyi bununlada tamamlanmır. Mağaralar aşiqlərə verilən vergi və butalarla da sıx bağlıymış.

Qurbaniyə vergi mağarada verilib. Qurban öküzlərini götürüb kövşənə gəldi,qoşub yer əkmək istədi. Amma öküzlər xam idilər, getmədilər ki, getmədilər. Hərəsi bir yana çəkdi . Öküzləri açıbburaxdı, özü də zağada (mağarada) yatdı.

Yuxu gördü. Yuxuda Gəncə şəhərində Ziyad xanın qızı Pəri xanımı onabuta verirlər.

... Fəzlullah Nəimi yuxusunda ona"Mehdi” olduğu haqqında Adəm, İsa və Məhəmməddən nida gəldiyini iddiaetdikdən sonra Təbrizi tərk edibİsfahana getmiş və orada Qilu dağında uzun müddət bir mağarada yaşamışdı...

Mövlana Şeyx Əbuəbdullah Əli ibn Məhəmməd Bakuyi (Bakuvi) ömrününaxırlarında Şiraz şəhərinə yaxın bir dağın mağarasında guşənişinlik qəbuletmişdir”(A.A Bakıxanov "Gülüstani –İrəm”)

İbrahim bin Ədhəm həzrətləri 9 il mağarada yaşayıb. (Sultanlıqdan əlçəkəndən sonra) oradan isə Məkkəyə gedib.

Marağalı Əvhədi yazır:

Səndində, ədldə olsan Keyxosrov,

Hikmətdə,bilikdə həm Nasir Xosrov,

Əgərəl üzməsən İran mülkündən,

Mağaraküncündə qala bilməzsən!

Əvhədi demək istəyir ki, insan ədalətdə Keyxosrov, bilikdə NasirXosrov olsa da İran mülkündən (tacı-taxtdan) əl çəkmədikcə, yəni dünyapərəstlikehtiraslarından əl çəkmədikcə mağara küncündə məskən tuta bilməz!

Yuxarıda qeyd etmişdik ki, Mağaralar ana rəhmini simvolizə edir. Orasığınan birisinin yenidən və yeni dünya görüşü ilə dünyaya gəlməsini təminedir.

Ürəyim yalındır,

Ömür yolu daş-kəsəkli

O oyuq qayalar,

Mağaralar

Daşa dönmüş ağızlardır,

Haraydan sonra

Açıla qalmış

(V.Səmədoğlu)

Kimisəsləyir mağaralar? Kimdən, nədən ötrü ağzı açıla qalmış, görəsən?

Ana bətnidir, deyirlər, bəlkə düzdür?Özündən ayrılanları özünə çağırır yoxsa?!

...Qovduğu Gur (ov) mağaraya girdikdə şah da onun dalınca girir vəbir daha geri qayıtmır. Nizaminin "Yeddi Gözəl” əsərinin sonunda yer almış bu epizod. Əslindəqovladığı Gur Bəhramın taleyi imiş, onuöz ardınca çəkib aparırmış...

İsa Muğanna isə bu son səhnəni bir az fərqli şəkildə mənalandırır:

"Dastan”ın axırında Bəhram Gur"at”ını (Od-unu-Həqiqətini) "mağaraya” Bağ ərə (Bağ işığına) çapır.”

Kim bilir, bəlkə də?!

"...Keyxosrov şəhadət gətirib yoxluq məscidində uyudu, getdi.Löhraspı hüzuruna çağırıb yerinə keçirdi, padşah yapdı. Kəndisi bir mağarayagetdi.”

Belə də düşünənlər olub.

Fikir verin: Adəmlə Həvva cənnətdən qovulur, mağarada yaşayırlar.İbrahim peyğəmbər mağarada doğulur vəmağarada dəfn olunur.

Əshabi- Kəhfdə 7 gənc Qıtmır adlı itlə 300 ildən çox uyquya gedir.

İbrahim peyğəmbərin qardaşı oğlu Lutu və onun ailəsini məhv olmaqdanmağara qoruyur, hifz edir.

Məhəmməd peyğəmbərə ilk ayələr mağarada endirilir. O, müşrüklərin təqibindənmağarada can qurtarır.

Bu mağaralarda dinc xidmət edən,ömrünü-gününü Allaha dua etməkdə keçirənlər yurd salırmışlar.

Bəhram Gur ovunu qovalaya-qovalaya mağaraya girir, bir daha geridönmür...

Keyxosrov da tax-tacdan vaz keçir, mağarada yox olur...

Bu hadisələr təsadüfi ola bilərni?!

Əsla!

Mağara bildiklərimiz sadəcə olaraq mağara deyillərmiş.-Ana bətniymiş!

İnsan ana bətnində olanda özünü əsasən rahat və təhlükəsiz hiss edir.

Elə mağarada da!

Və əbədi rahatlıq tapır.

Təəssüflər olsun ki, "İnsanı təbiətə bağlayan bağlar qırldığındanildırım tanrı qəzəbi kimi çaxmır, çaylarda su pərisi, ağaclarda gizli, əsrarəngizqüvvə qalmayıbdı. İlanlar müdrikliyi təcəssüm etdirmir, mağaralar isə ruhların sığındığı yer deyil. (Cəlal Bəydili)

P.S.Bir türk əsgəri terrorçularla döyüşdə aldığı ağır yaradan sonra mağarada içməyəsaxladığı suyu içməmiş, onunla abdəst alıb namaz qılıb keçinmişdir!

Allahı belə sevərlər!

Belə imanyiyəsi olarlar!

Vəmağaraları belə mağara edərlər, bax!