"Liverpul" tarixinin ən bahalı transferini edə bilər
"Brayton" futbol klubunun yarımmüdafiəçisi Aleksis Mak Allister yay transfer pəncərəsində "Liverpul"a keçəcək.
Adalet.az "TyC Sports"a istinadən xəbər verir ki, "mersisaydlılar" artıq "Brayton"un yarımmüdafiəçisinin transferi ilə bağlı razılaşıb və o, gələn mövsüm Premyer Liqada klubunu dəyişəcək. Argentinalı ilə uzunmüddətli müqavilə imzalanacaq.
“Brayton” oyunçunun transferi üçün təxminən 70 milyon funt sterlinq alacaq. Yarımmüdafiəçinin keçidi “Liverpul”un tarixindəki ən bahalı transferlərdən biri olacaq.
Qeyd edək ki, "Liverpul"un tarixində ən bahalı transfer 84,65 milyon avroya "Sauthempton"dan Vircila van Deykin keçididir.
Mak Allister cari mövsümdə bütün yarışlarda “Brayton”un heyətində 37 oyuna çıxıb, 12 qol və 2 məhsuldar ötürmə edib.
Futbolçunun klubla müqaviləsi 2025-ci il iyun ayının sonuna kimi qüvvədədir. “Transfermarkt” onlayn portalının məlumatına görə, oyunçunun təxmini qiyməti 42 milyon avrodur.
Digər Xəbərlər
02 Oktyabr 2026 12:07
Millətlər Liqası: Fransa İtaliyaya qarşı
02 Oktyabr 2026 11:54
Portuqaliyaya qol vurdu, Ronaldo kimi sevindi - VİDEO
02 Oktyabr 2026 10:14
Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq
02 Oktyabr 2026 09:29
Millətlər Liqası: Portuqaliya və Almaniya qələbə qazandı - VİDEO
01 Oktyabr 2026 22:00
Azərbaycan evdə Lixtenşteyn yığmasına qalib gələ bilməyib - YENİLƏNİB
01 Oktyabr 2026 19:05
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
01 Oktyabr 2026 12:10
Ronaldo Portuqaliya millisini tərk etdi
01 Oktyabr 2026 11:10


Bakı -°C

