adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Oktyabr 2014 12:04
3866
SİYASƏT

Litvalı nazir Azərbaycana gəldi

Litva xarici işlər naziri Linas Linkyaviçus Azərbaycana rəsmi səfərə gəlib.

APA-nın xəbərinə görə, litvalı nazir Azərbaycan prezidenti İlham Əliyev, həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşlər keçirəcək.

Sabah qonaq Şəmkir şəhərinə yola düşəcək və Azərbaycan-Litva hökumətlərarası komitəsinin iclasına sədrlik edəcək. Tərəflər Şəmkir və Vilnüs şəhərlərinin qardaşlaşması barədə sənəd də imzalayacaqlar.

Səfər oktyabrın 23-də başa çatacaq.