adalet.az header logo
  • Bakı -°C
07 Fevral 2026 16:25
77
KRİMİNAL
A- A+

Liseydə müəllimini güllələyən şagird həbs edildi

Bakıda "İdrak" liseyində müəllimini gülləməkdə təqsirləndirilən şagird barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb.

Adalet.az xəbər verir ki,  Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib və Ə.Ş. barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib.