adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Sentyabr 2018 11:42
20022
MARAQLI

Liftin dramı

Gündəlikişə gələrkən, evə gedərkən çoxumuz liftdən istifadə edirik. Bu gün liftdən düşərkənbir səs eşitdim. Ürkdüm. Liftin içində məndən başqa heç kim yox idi. Bu yorğun,kədərli səs liftin səsi idi. Yaxın oturun, görək lift bəy nə deyir:

Bu gün dədigər günlərdən fərqlənmir. Adamlar laqeydcəsinə ayaqlarını vurur üzərimə.Kimsi tüpürür, kimsi siqaretlə içəri girir. Kök adamları yuxarı daşıyanda gücənirəm,qorxuram ki, guppultuyla aşağı düşəcək. Eh!! Mənim həyat hekayəmi dinləsəz dəsmalçıxardıb gözünüzün yaşını axıdarsınız.

9 mərtəbəlibinanın ən yaşlı sakini mənəm. 1973-cü ildə doğlumuşam. Mənim Tanrım adamlardı.Onların ağına da, qarasına da lənət. Əslində mənim heç kimim yoxdu. Dünyanın əntənha sakiniyəm. Təzə lift olanda çox güclü qollarım, tavanım, cüssəm vardı. 10adamı bir göz qırpımında yuxarı aparırdım. İndi yaman qocalmışam. Bir neçə dəfəxəstələndiyim vaxtlar da olub. Yenə adamlar məni həyata qaytarıb. Qədir bilməzlər.Buraxın gəbərim da! Heç vaxt da azad ola bilməmişəm. Həmişə insanlara xidmət etmişəm.Onların qulu, köləsi olmuşam. Azad olduğum anlar olub. O da ki, binada işıqlarsönəndə. Elə rahat, elə hüzurlu idim. Heç soruşmayın. İşıqlar sönəndə mənimbayramım başlayırdı.

İndi nəyaxşı ki, bir adam düyməmi sıxmır. Rahat dincəlirəm. Ayaq səsləri gəlir. Deyəsənkimsə üstümə yaxınlaşır. Yanında başqa bir adam da var, deyəsən.

- Dünənkioyuna baxdın?

-Hə,qaqa, nə oyun idi e...

Ay da, lənətşeytana ikisi də siqaret püfüldədir. İndi üstümə kül çırpacaqlar. Cəhənnəm olubçöldə çəkin da o zəhrimarı. 7-ci mərtəbəyə qalxırlar.

-Bu liftəbaxan da yoxdu. Nə günə düşüb gör...

-Liftyazıq neyləsin, sovetdən qalmadı da...

Görbunlara bax, məndən danışırlar. Kaş işıqlar sönə. Qalalar havasız yerdəqalalar. Nə gözəl olardı. Qollarımı ağır-ağır açıram, çıxıb gedirlər.

Ardınca üç-dördsəs-küylü uşaq ayaqlarını yerə vura-vura üstümə gəlirlər. Zalım balaları aşağıdüşənə kimi zülm verdilər mənə. Təpiklər, tüpürcəklər, çığır-bağırları başımıapardı. Elə bil əsgərlər məni güllələdilər. Hər yerim ağrıdı. Uşaqlar çıxankimi də cütlük içəri girdi. Bu cütlük 5-ci mərtəbədə qalırdılar. Di gəl məndən birsaat istifadə edirdilər. 5-ci mərtəbədə məni stop edirdilər. Özləri də nə desənhoqqadan çıxırdılar. Tərbiyəsiz, əxlaqsızlar! Mən sizin üçün otağam,çarpayıyam, nəyəm axı? Yox e kimə deyirsən, bunlarda həya nə gəzir? Bu dəfə dəməni yordular. Qollarım ağrıdan elə göynəyir, elə göynəyir ki, istəyirəm böyükbir liftin qucağında dincələm. O lift bu adamların anaları olduğu kimi mənim dəanam olsun. Tənhalıqdan xəyallar qururam ancaq...

Bir neçəsaatdı ki, liftə bir inni-cinni minmir. Nə yaxşı, kaş belə ola bütün günü.Çifayda. Axşam olan kimi lifti dədələrinin atı kimi çapırlar. Gecə isə lapdözülməz olur. Darıxıram. Gündüzlər heç olmasa adamların hənirtisi, səsi mənideyindirir. Amma gecələr boşluq dolmur. Yuxu da tutmur ki, yatasan.

Deyəsən,kimsə gəldi... Sakit...