adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Fevral 2015 22:04
1191
HADİSƏ

Liftdə qalan 2 nəfər xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. 


Adalet.az xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. 

Əməliyyat saat 14:55-də başa çatıb.