adalet.az header logo
  • Bakı -°C
09 Yanvar 2026 09:34
84
DÜNYA
A- A+

"Liderlər ABŞ prezidentini ciddiyə almalıdır!" - Vens

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Ağ Evdə mətbuat katibi Karolin Livittlə birlikdə jurnalistlərin suallarını cavablandırıb.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Vensdən "Avropa liderlərinə Qrenlandiya ilə bağlı mesajı olub-olmadığı" soruşulub. 

O, isə cavabında  "Əvvəla, Dövlət Katibi Marko Rubionun gələn həftə və ya ondan sonrakı həftə Danimarka və Qrenlandiya liderləri ilə görüşü olacaq. Bu mesajların bəzilərini şəxsi, bəzilərini isə ictimaiyyətə çatdırmağa davam edəcəyik. Lakin Avropa liderlərinə və hər kəsə məsləhətim ABŞ prezidentini ciddiyə almaqdır", - deyib.