Leyla və Alena Əliyevalar Qubadakı internat məktəbi və STEAM mərkəzində - FOTOLAR
Fevralın 24-də Leyla Əliyeva və Alena Əliyeva Quba rayonuna səfər ediblər.
Adalet.az xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva və Alena Əliyeva Quba şəhərində internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər.
Əvvəlcə Quba şəhər ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinə baş çəkilib. Bildirilib ki, burada 79-u oğlan, 35-i qız olmaqla 114 məktəbli təhsil alır. Leyla Əliyeva və Alena Əliyeva internat məktəbində yaradılan şəraitlə tanış olub, uşaqlarla səmimi söhbət edib, onların məşğələ proseslərini izləyib, fotolar çəkdirib və şagirdlərə məktəbli ləvazimatları təqdim ediblər. Məktəbdə şagirdlər tərəfindən hazırlanan mədəni proqram təqdim olunub, şeirlər səsləndirilib, mahnılar ifa olunub.
Daha sonra Quba STEAM mərkəzi ziyarət olunub. Mərkəzlə tanışlıq zamanı xatırladılıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan məktəblərində 2019-cu ildən etibarən STEAM (Science, Technology, Engineering, Art, Mathematics) layihəsinin geniş tətbiqinə başlanılıb. Qeyd olunub ki, STEAM mərkəzi Qubada 2021-ci ildən fəaliyyət göstərir və bütün yaş qrupları üçün nəzərdə tutulub. Leyla Əliyeva və Alena Əliyeva mərkəzdə yaradılan şəraitlə yaxından tanış olub, şagirdlərlə səmimi söhbət aparıb, onların burada əldə etdikləri bilik və bacarıqların praktiki tətbiqi ilə maraqlanıblar.
Sonda uşaqlar və məktəbin kollektivi ilə xatirə şəkilləri çəkdirilib.
Digər Xəbərlər
25 Fevral 2026 11:39
“Əgər dəstək həddindən artıq məsuliyyətə çevrilirsə...”
25 Fevral 2026 11:14
Leyla Əliyeva "Azərxalça"nın Şuşa məscidi üçün hazırladığı xalçaların kəsim mərasimində - FOTOLAR
25 Fevral 2026 10:38
Bakıya yağış, rayonlara qar yağıb - FAKTİKİ HAVA
25 Fevral 2026 10:33
Hörmətsiz davranış sərgiləyən ər-arvad məsuliyyət daşıyacaq
25 Fevral 2026 10:27
Leyla və Alena Əliyevalar Cümə məscidində - FOTOLAR
25 Fevral 2026 10:12
Leyla Əliyeva Qubada arıçı ailəsinin qonağı oldu - FOTOLAR
25 Fevral 2026 09:54
Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanının ailəsini ziyarət etdi - VİDEO + FOTOLAR
24 Fevral 2026 19:46


Bakı -°C

