Leyla Əliyevanın şeirləri Bolqarıstan ədəbiyyat portalında yayımlanıb
Bolqarıstanın populyar “meridian27.com” ədəbiyyat portalı və Dünya Bolqar Yazıçıları Liqasının rəsmi feysbuk səhifəsi “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın bolqar dilinə tərcümə olunmuş “Nədən qəfil pis oldum?”, “Sən sönməyən alovsan” şeirlərinin yayımına başlayıb.
Dövlət Tərcümə Mərkəzindən Adalet.az-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin bolqar dilinə tərcümə müəllifi – tanınmış bolqar şairi Dmitr Xristovdur.
Qeyd edək ki, 2002-ci ildən “Libra Skorp” kitab nəşriyyatının elektron jurnalı kimi fəaliyyət göstərən “meridian27.com” portalı və Dünya Bolqar Yazıçıları Liqasının feysbuk səhifəsi mütəmadi olaraq dünya ədəbiyyatının aparıcı nümunələrini işıqlandırır.
Digər Xəbərlər
29 Sentyabr 2026 13:55
Uşaq ədəbiyyatşünaslığına yeni töhfə: Zaur Ustacın yaradıcılığı tədqiq olunub
29 Sentyabr 2026 07:42
Ağıllı oğlan
28 Sentyabr 2026 14:32
Ölünü dirildən Yazı (Aqil Abbasın "Rəmiş" povesti üzərinə) - Sərvaz HÜSEYNOĞLU yazır
28 Sentyabr 2026 09:59


Bakı -°C

