Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində bu ölkənin vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb.
Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını Vo Ti An Suana çatdıran Leyla Əliyeva səfər zamanı keçirilən görüşlərin və aparılan müzakirələrin bundan sonra da əlaqələrə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı Azərbaycan və Vyetnamın dövlət başçılarının qarşılıqlı səfərlərindən sonra əməkdaşlığın və siyasi dialoqun intensivləşdiyi bildirilib.
Dövlətlərarası diplomatik münasibətlərlə yanaşı, xalqlar arasında əlaqələrin, o cümlədən qeyri-hökumət səviyyəsində əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Hanoy Ticarət və Turizm Kollecində, görmə qabiliyyəti məhdud uşaqlar üçün orta məktəbdə bir sıra görüşlərin keçirildiyi qeyd olunub, təhsil, sosial və ətraf mühitin qorunması sahələrində layihələrin bundan sonra da davam etdiriləcəyi bildirilib.
Görüşdə, həmçinin hər iki ölkənin turizm potensialının inkişafı baxımından əməkdaşlıq və ayrı-ayrı sahələri əhatə edən mübadilə proqramlarının icrası, iki ölkə mədəniyyətinin daha yaxından tanıdılması üçün tədbirlərin təşkili məsələləri diqqət mərkəzində olub.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

