adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Avqust 2014 13:10
14112
MƏDƏNİYYƏT

Lerikdə Plov Festivalı keçiriləcək

Sentyabrın 8-də Lerikdə PlovFestivalı keçiriləcək. Milli Kulinariya mərkəzindən Adalet.az-a verilən məlumatagörə, Azərbaycanda ilk dəfə baş tutacaq festivalda 8 rayonunun özünəxasplovları sərgilənəcək. Hər bir rayon ən azı 3 plov hazırlayacaq. Uzunömürlülər Festivalı ilə bir arada keçiriləcək tədbir Mədəniyyət və Turizm Nazirliyi, Lerikİcra Hakimiyyəti tərəfindən təşkil olunur. Münsiflər heyətində təcrübəli mütəxəssisləriştirak edəcək.

Tədbirin keçirilməsində məqsəd uzun ömür və sağlam həyat tərzinintəbliği, yeməklərin uzunömürlülüyə təsirinin nümayiş olunması, Azərbaycanplovlarının tanıdılması və təbliği, yeni formalarının aşkar olunması və təcrübəmübadiləsidir.

Mərkəzdən o da bildirilib ki, gələcəkdə beynəlxalqsəviyyədə festivalın keçirilməsi düşünülür və bunun Lerikdə brend halınagətirilməsi planlaşdırılır. Şəkidə şirniyyat festivalı, Qəbələdə mürəbbəvə s. tədbirlər olduğu kimi digər bölgələrimizdə də bu cür məxsusi festivalların keçirilməsinəzərdə tutulur.

Azərbaycan mətbəxinin şah yeməyisayılan plovun 200 növü var. Amma hazırda plovun daha çox 18 növü bişirilir. Plov Azərbaycanlayanaşı digər şərq ölkələrinin də əsas yeməklərindən sayılır.