Lənkəranskinin qətlində əli olan azərbaycanlı öldürüldü
Ötən gecə Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Abanotubani rayonunda azərbaycanlı odlu silahla qətlə yetirilib.
Adalet.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, onun meyiti "Toyota” markalı avtomobildə aşkar olunub. Hadisə şahidlərinin sözlərinə görə, atəş səslərindən öncə qətlə yetirilmiş şəxs başqa şəxslə restoranda olub və onlar mübahisə ediblər.
"Rustavi 2” televiziya kanalı bildirib ki, öldürülən şəxs, 1975-ci il təvəllüdlü Elçin Məmmədovdur. Belə ki, onun adı "qanuni oğru” Rövşən Lənkəranskinin qətlində hallanıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən faktla bağlı Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi başlanıb. Faktla bağlı hələlik saxlanılan yoxdur.(azvision.az)
Digər Xəbərlər
04 May 2024 13:58
Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar - VİDEO
04 May 2024 10:28Beyləqanda dörd narkotacir ələ keçdi
03 May 2024 16:04Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43