Lənkəranda 17 yaşlı oğlanı maşın vurub
Lənkəranda piyadanı maşın vurub.
Hadisə bu gün axşam saatlarında Lənkəran-Boradigah şosesinin rayonun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Həmin kənd sakini, 17 yaşlı İlqar Əlizamin oğlu Yusifzadə yolu keçmək istəyərkən rayonun İstisu qəsəbə sakini, 39 yaşlı Zamir Balaxan oğlu Abbasovun idarə etdiyi "VAZ-2107” markalı, 42 BU 418 dövlət nömrə nişanlı minik avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkmiş sürücü tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada İ. Yusifzadəyə zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti stabil qiymətləndirilir.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Digər Xəbərlər
03 May 2024 16:04
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb
30 Aprel 2024 11:00Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
30 Aprel 2024 10:06