adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Avqust 2019 18:03
41262
MƏDƏNİYYƏT

LƏNKƏRAN TEATRI XARİCİ SƏFƏRDƏN QAYIDIB

Lənkəran Dövlət Dram Teatrınıntruppası İran İslam Respublikasının Tehran şəhərində "Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib. Teatrındirektoru Tofiq Heydərovun verdiyi məlumata görə, avqustun 14-dən 18-ə kimidavam edən festivalda Lənkəran sənətçiləri iranlı dramaturq Bəhram Beyzayini"Senemar” faciəsi əsasında hazırlanmış tamaşa ilə çıxış ediblər.

Tamaşanın baş qəhrəmanı Senemardünyaca məşhur memardır. Həm zalımlığı, həm də xeyirxahlığı ilə ad çıxaranNöman adında ərəb sultanı öz əyalətində tayı-bərabəri olmayan böyük bir saraytikdirmək arzusuna düşür. Bu məqsədlə o, Senemarı ölkəsinə dəvət edir. Senemarhər kəsi təəccübləndirəcək belə bir saray tikəcəyini sultana söz verir. Nömanınətrafındakı adamlar isə sultanın qılığına girərək memarı onun gözündən salmağasəy göstərirlər. Nöman şah belə birsarayın analoqu olmasın deyə Senemarın qətlinə fərman verir, son nəticədəmemarı tikdiyi sarayın üstündən yerə atdırır. Lakin hadisələrin sonrakıinkişafında tamaşaçı Senemarın qanının yerdə qalmayacağına əmin olur…

Festival iştirakçıları tərəfindənmaraqla qarşılanan səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdarartist Sucəddin Mirzəyev, artistlərdən Səyad Əliyev, Aynur Əhmədova və Emin Fərzullayevifa ediblər.

İranlı rejissor Qərib Mənuçehrininquruluş verdiyi bu tamaşanın səhnə tərubatçısı rəssam Tərlan Sadıqov, musiqi tərtibatçısıFərahim Fərəcovdur.

Festivalın bağlanış mərasimində LənkəranDövlət Dram Teatrı təşkilat komitəsi tərəfindən diplom və xatirə hədiyyəsi iləmükafatlandırılıb.

Ağaddin BABAYEV