adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 Sentyabr 2019 16:18
36754
ƏDƏBİYYAT

Lənkəran məscidləri haqqında kitab işıq üzü gördü

Müəllifi tarixçi-araşdırmaçıİldırım Şükürzadə olan "Lənkəran məscidləri” kitabı bu günlərdə işıq üzü görüb.Kitab "Ecoprint” mətbəəsində ofset üsulu ilə çap olunub. 208 səhifəlik kitabınelmi redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru, Qafqaz Müsəlmanları İdarəsisədrinin müavini Fuad Nurullah, məsləhətçisi AMEA-nın doktorantı,ilahiyyatçı-alim Samid Quliyev, rəyçiləri tarix üzrə fəlsəfədoktorları Mətanət Əkbərova və Asif İmanlıdır.

VII əsrdən etibarən Azərbaycandaİslam dininin yayılması baxımından Bərdə, Ərdəbil, Marağa, Urmiya, Şamaxı,Şəmkir, Şabran, Beyləqan, Gəncə və Naxçıvan şəhərlərində məscidlərintikilməsinə xüsusi diqqət verilir, şərq memarlıq üslubu geniş yayılmağabaşlayırdı. Tarixən Azərbaycanın bütün bölgələrində dövrünə görə əzəmətliməscidlər tikilib və onların bəzilərigünümüzədək qorunub saxlanılıblar. Təəssüf ki, bəzi məscidlərimiz bu günErmənistan ordusunun işğal etdiyi ərazilərimizdədir. Təbrizdəki Göy məscid, Bakıdakı Bibiheybət vəTəzəpir məscidləri, Gəncədəki İmamzdə kompleksi, İrəvandakı Göy məscid nadirmemarlıq incilərindən sayılır.

Bu gün Azərbaycanda dini dözümlülükvə toleratlıq dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələritərəfindən məqbul bir model kimi qəbul olunur və bəyənilir. Hətta Azərbaycantəcrübəsindən, modelindən istifadə etmək istəyən Qərb dövlətləri də az deyil.Bütün bunlar həm də Ulu Öndər Heydər Əliyev siyasətini layiqincə davam etdirənPrezident İlham Əliyevin uğurlarının nəticəsidir. Azərbaycan Prezidentininrəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət əldə edilən uğurlar,ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir. Xüsusiləqədim tarixə malik məscid və məbədlərimizin bərpası və yenidən xalqımızın istifadəsinəverilməsi milli-mənəvi dəyərlərimizə olan böyük xidmətdir. Azərbaycanın Birincivitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fonduqədim tarixə malik mədəni irsimizinqorunması, tarixi abidələrin bərpası, beynəlxalq aləmdə milli, dinidəyərlərimizin təbliği sahəsində həyata keçirdiyi geniş miqyaslı işlər xalqımıztərəfindən rəğbətlə qarşılanır.

Ölkə ərazisində mövcud olanməscidlərdə peşəkar din xadimlərinin təyin olunması, onların fəaliyyətinənəzarəti Qafqaz Müsəlmanları İdarəsihəyata keçirir. Dünyanın nüfuzlu dini liderlərindən biri sayılan ŞeyxülislamAllahşükür Paşazadənin rəhbərliyi ilə dini mərkəz həqiqi İslamın insanlaraçatdırılması, milli-mənəvi dəyərlərin təbliğ olunması, gənclərimizinvətənpərvərlik ruhunda yetişməsi üçün mühüm addımlar atır.

Bu gün Qafqaz Müsəlmanlarıİdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Lənkəran Şəhər İcraHakimiyyətinin birgə fəaliyyəti ilə rayon ərazisində yerləşən məscidlərdə dinimaarifləndirmə sahəsində ardıcıl işlər görülür, silsilə tədbirlər, konfranslarkeçirilir. Lənkəran bölgəsində yaşayan alim və tədqiqatçıların da dinimaarifləndirmə ilə bağlı son illər gördüyü işlər təqdirə layiqdir. Tədqiqatçıİldırım Şükürzadənin müəllifi olduğu "Lənkəran məscidləri” kitabında rayondayerləşən 84 məscid haqqında məlumat toplanıb. Araşdırılan məscidlərin inşaolunma tarixi, arxitekturası, eləcə də yerləşdiyi ünvan haqqında ətraflıməlumat verilib. Qeyd edək ki, "Lənkəran məscidləri” kitabı bu sahədəaraşdırılan ilk tədqiqat əsəridir.