“Qarabağ”dan bu gün keçiriləcək oyunla bağlı açıqlama

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda “Omoniya” (Kipr) ilə Bakıda keçirəcəyi oyununa bilet satışı davam edir. Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 50 və 75 manat təşkil edir.
Klubun mətbuat katibi Gündüz Abbaszadə bildirib ki, artıq 13000 bilet satılıb.
O bildirib ki, “Omoniya” klubu il qarşılaşacaq “Qarabağ”ın matçına maraq böyükdür: "Havanın yağıntılı keçməsi oyunçularımızın oyununa və azarkeşlərimizin meydana gəlişinə mənfi təsir etməyəcək", - G.Abbaszadə deyib.
Qeyd edək ki, “Qarabağ” - “Omoniya” matçı bu gün saat 21:45-də start götürəcək.Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.(trend)
Digər Xəbərlər

"Uşaq vaxtı oyunlara baxmaq üçün gəldiyim stadionda qol vurmaq fərqli hissdir"

İlham Əliyev "Qarabağı" təbrik etdi

Yankoviçin vəziyyəti açıqlandı

"İndi qələbənin dadını çıxarmaq istəyirik" - Elvin Cəfərquliyev

"Qarabağ" Vətənə qayıtdı - VİDEO

Tahir Gözel: “Bu qələbəni cənab İlham Əliyevə həsr edirik”

Türkiyə mediası “Qarabağ”ı yenə o cür təqdim etdi - FOTO
