adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Oktyabr 2021 10:24
1329
İDMAN

“Qarabağ” Konfrans Liqasında növbəti oyununa çıxır 

Bu gün “Qarabağ” UEFA Konfrans Liqasının qrup mərhələsində üçüncü oyununu keçirəcək.

Adalet.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı 3-cü sınağında Qazaxıstanın “Kayrat” komandasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq. Oyunu ukraynalı FIFA referisi Yevgeni Aranovski idarə edəcək.

Ağdam təmsilçisinin heyətində 3 futbolçu - Xayme Romero, Bədavi Hüseynov və Elvin Cəfərquliyev zədə səbəbindən görüşü buraxacaqlar. Qonaqlarda isə komandanın bombardiri Artur Şuşenaçev və Kamo Ohanesyan meydana çıxmayacaq. Şuşenaçev zədəyə görə oynamayacaqsa, erməni müdafiəçi öz istəyi ilə Bakıya gətirilməyib.

Hazırda “Qarabağ” 4 xalla H qrupuna liderlik edir. Bir xalı olan “Kayrat” isə 3-cü pillədə qərarlaşıb. Bu qrupun digər oyununda Kiprin "Omoniya" klubu İsveçrədə "Bazel" komandasının qonağı olacaq.