Lavrov və Zərif Xəzərin statusunu müzakirə edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub. Danışıqlar zamanı bir sıra aktual beynəlxalq məsələlər müzakirə edilib.
Adalet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, iki ölkə rəsmiləri Moskvada keçirilən Xəzəryanı ölkələrin XİN başçılarının iclasında razılaşdırılan qərar əsasında V Xəzər Sammitində dənizin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə bağlı hazırlıq işlərini müzakirə ediblər.
Bundan əlavə, Lavrov və Zərif bir sıra aktual beynəlxalq problemlər, həmçinin İranın nüvə proqramı ətrafında yaranan vəziyyət barədə fikir mübadiləsi aparıb.
Digər Xəbərlər
29 Aprel 2024 15:36
Berlində regional təhlükəsizlik məsələsi də diqqət mərkəzində idi
29 Aprel 2024 15:35İsa Qəmbər yenidən başqanlığa namizəd oldu
29 Aprel 2024 15:05Ceyhun Bayramov Qətərə getdi
29 Aprel 2024 14:49Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olunub
29 Aprel 2024 14:39