Lavrov və Nalbandyan Qarabağ münaqişəsini müzakirə ediblər
Rusiya və Ermənistan XİN rəhbərləri Sergey Lavrov və Edvard Nalbandyan Moskvada keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Adalet.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Ermənistan XİN mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumata görə, Lavrov və Nalbandyan Vyana və Sankt-Peterburq sammitlərində əldə olunan razılaşmaların reallaşdırılması məsələlərini müzakirə ediblər.
"Tərəflər Rusiya-Ermənistan müttəfiq münasibətlərinə dair məsələləri, iki ölkə rəhbərləri arasında əldə olunan razılaşmaların reallaşdırılmasını müzakirə ediblər. Lavrov və Nalbandyan Ermənistan baş naziri Karen Karapetyanın yanvarın 24-nə Moskvaya planlaşdırılmış səfərinin hazırlıq məsələlərinə toxunublar”, - deyə məlumatda bildirilir.
Görüş zamanı həmçinin aktual regional və beynəlxalq problemlər müzakirə olunub.