Lamin Yamal Pelenin rekordunu yeniləyib
İspaniya millisinin və "Barselona" komandasının futbolçusu Lamin Yamal braziliyalı əfsanəvi hücumçu Pelenin rekordunu yeniləyib.
Adalet.az xəbər verir ki, 16 yaşlı vinger bunu Avropa çempionatının yarımfinal mərhələsində Fransanı (2:1) məğlub etdikləri matçda reallaşdırıb. Belə ki, o, turnirin 1/2 final görüşündə meydana çıxan ən gənc oyunçu olub.
Braziliya millisinin sabiq üzvü Peleyə məxsus olan əvvəlki rekord isə 1958-ci ildə qeydə alınıb. Əfsanəvi futbolçu həmin vaxt 17 yaşında dünya çempionatının yarımfinal matçında oynayıb.
Dünənki qarşılaşmada Fransa millisinin qapısına baxımlı qol vuran L.Yamal həm də turnirdə fərqlənən ən gənc oyunçu kimi tarixə düşüb.
Digər Xəbərlər
17 Mart 2026 09:10
Çempionlar Liqası: "Siti" "Real"la, "Çelsi" PSJ ilə oyunda möcüzə axtarışında
16 Mart 2026 13:02
"Turan Tovuz" – "Zirə" və "Qarabağ" – "Sabah" oyunları eyni gündə olacaq
15 Mart 2026 09:01
Qurban Qurbanova ÇL-dən sonra təkliflər gəlib?
14 Mart 2026 21:23


Bakı -°C

