adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Aprel 2018 17:00
8254
MƏMLƏKƏT

Lahıc misgərlik sənətinin inkişaf perspektivləri ilə bağlı layihəyə start verildi

"Yeni Həyat - İqtisadi İnkişaf"  İctimai Birliyi Azərbaycan RespublikasınınPrezidenti yanında Qeyri Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Lahıc misgərliksənətinin inkişaf perspektivləri ilə bağlı tədbirlərin təşkili” layihəsinə start verib. Layihə rəhbəri ƏdilƏdilzadənin verdiyi məlumata görə, 3 ay həyata keçirilən layihəUNESCO-nun Qeyri-maddi mədəni irsüzrə Reprezentativ siyahısına daxil edilən Lahıc misgərlik sənətinin inkişafetdirilməsindən bəhs edir.

Ə.Ədilzadə qeyd edib ki, Lahıcmisgərlik sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativsiyahısına daxil edilməsi bu sahəyə marağı daha da artırıb: "Artıq dövlətsəviyyəsində Lahıc misgərlik sənətinin inkişafı daim diqqət mərkəzindəsaxlanılır. Ancaq aparılan araşdırmalar onu deməyə əsas verir ki, göstəriləndiqqət və qayğıya baxmayaraq Lahıc misgərlik sənəti məhv olmaq təhlükəsi iləüz-üzə qalıb. Uzun illər Lahıcda fəaliyyət göstərən sənətkarlar bu sahədə azgəlir olduöuna görə, Bakıya üz tutublar. Xammal təminatında bir sıra problemlər var.  İstehsal olunan məhsulların satış bazarıdemək olar ki, yox səviyyəsindədir. Bütün bunlar Lahıc misgərlik sənətinin məhvolma təhlükəsi ilə üz-üzə qoyub”.

Görüləcəkişlərdən danışan təşkilat sədri bildirib ki, 3 ay müddətində Lahıc misgərlik sənəti ilə bağlı mövcud vəziyyətinin təhlilediləcək, Lahıc misgərlik sənəti ilə bağlı məmulatların yayımı ilə bağlı sərgitəşkil olunacaq və xammal probleminin həlli ilə bağlı mis isheal edən müəssisəvə hüquqi şəxslərlə danışıqlar aparılacaq. Eyni zamanda layihə çərçivəsindəsərgi təşkil olunacaq və KİV-lərdə məlumatlandırma işləri həyata keçiriləcək.