adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Iyun 2018 13:56
11692
MƏDƏNİYYƏT

Lahıc misgərlik sənəti qədiliklə müasirliyin harmoniyasıdır...

Bu gün də böyük heyrət doğuran vəinsanların maraqla, diqqətlə yanaşdığı misgərlik sənəti tam qüvvəsi ilə olmasada, müxtəlif misgərlərin, sənət ustalarının səyləri nəticəsində yaşadılır, özmövcudluğunu qoruyub saxlayır.

Bildiyiniz kimi rəhbərlik etdiyiminYeni Həyat İqtisadi-İnkişaf İctimai Birliyi Azərbaycan RespublikasınınPrezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınınmaliyyə dəstəyi ilə "Lahıc misgərlik sənətinin inkişaf perspektivləri ilə bağlıtədbirlərin təşkili” layihəsi çərçivəsində Lahıcın qədim misgərlik sənətinin bugünkü vəziyyətini geniş şəkildə araşdırıram. Əlbəttə, əldə etdiyim hər birinformasiya, emalatxanasında olduğum bütün sənətkarların bir məqədi var-Lahıcmisgərlik sənətini yaşatmaq, onu gənc nəsilə öyrətmək və bu sənətingözəlliklərini təbliğ etmək. Sözsüz ki, sənətkarlar çalışır ki, daha maraqlı əlişləri ilə çağdaş müştərini, tamaşaçısını, sənət sevdalılarını sevindirsin.

Keçən yazılarımda Lahıcın füsunkar təbiətindən,qeyri-adi gözəlliyindən, burada mövcudolan misgərlik sənəti haqqında az-çox məlumat vermişdim.

Lahıc Qafqaz dağlarının cənub-şərq yamaclarındaNiyal silsiləsinin ətəyində və Girdimançayın yuxarı axarında yerləşib.Onunərazisindən həmçinin Lilo, İl ,Cəfələ və Kişlər kimi kiçik çaylar da axır.

Lahıc bütün tarixi siyasi quruluşlarda, müxtəlifhakimlərin dövründə heç bir vaxt öz əhəmiyyətini itirməyən bir ərazimiz olub.Sıldırım qayalar, dar dağ keçidlərindən salınan cığırlar vaxtilə dünyatacirlərinin gəliş gedişi üçün böyük vasitəyə çevirilmişdi. Sözsüz ki, birçox karvan yollarını keçdiyi və zamankeçdikcə sənətkarlığın, ticarətin inkişaf etdiyi bir orta əsr feodal şəhərikimi tanınmış və həmişə öz mövqeyini qoruyub saxlamışdır.

Memarlıq ənənələrinin unikallığı, yüksəksəviyyədə inkişaf etmiş xalqsənətkarlığı və özünəməxsus adət-ənənələriLahıcı açıq səma altında muzey adlandırmağa imkan verir .

Lahıc qədim sənətkarlarının ustalığı Azərbaycanxalqının dekorativ-tətbiqi sənətdə köküçox qədimə gedən köklərindən bəhrələnir. Lahıc təkcə özünəməxsus memarlıq və adət-ənənləriilə məşhur deyil , həm də öz gözəlliyivə unikallığı ilə diqqət çəkən əsərlər yaradan xalq sənətkarları, xüsusilə dəmisgərləri ilə tanınır. Qeyd edim ki, burada 127-yə yaxın sahəsi inkişaf etmişsənətkarlığın mövcudluğunu bildirmək istəyirəm. Məlumatlara görə, XIX əsrinortalarında Lahıcda 250-yə yaxın sənətkarlıq emalatxanasl və dükanı vardı. BügünküLahıc ustaları xalq sənətkarlığı ənənlərini davam etdirməkdədirlər. Düzdür ,həmin sənət növlərinin bir çoxu unudulub ,amma misgərlik , xalçaçılıq ,dəmirçilik, bənnalıq ,dülgərlik ,dabbağlıq və s. kimi sənətlər hələ yaşadılır.Azərbaycan dövləti sənətkarlığı qorumaq üçün həmin sənətkarları vergilərdən tamazad edib.

Lahıcda ən məşhur sənət misgərlik olub və bu diyar dünyada məhz daha çoxbu sənətə görə, şöhrət tapıb. Artıq neçə minillərdir ki, Lahıc misməmulatların hazırlanma mərkəzi kimi məşhurdur. Zaman vardı ki, o misməmulatlarla nəinki Azərbaycanı ,həm də bütün Qafqazı, yaxın, uzaq ölkələri təminedirdi. Buradan məhsullar İrana və Kiçik Asiyaya ixrac edilirdi. Bəlkə dədünyanın heç bir yerində misgərlik bu dərəcədə inkişaf etməyib. Mis xammalıBakı , Tiflis ,Gədəbəy, Zəngəzur habelə xaricdən Suriya, Türkiyə ,İngiltərə və Həbəşistandan gətirilirdi. Sovetdövründə isə Ukrayna və Rusiyadan idxal edilirdi. Misgərlik sənətinin uğurlu inkişafı əlavədaha 40-a yaxın köməkçi peşə və sənət sahələrinin mövcudluğu ilə bağlı olub.Misgərlik əsərlərinin yaranmasında qalayçılıq, dabbağlıq, dəmirçilik,kömürçülük və s rol oynayıb. Busənətlərin üzvü birliyi belə bir möhtəşəm və unikal sənət növünün yaranmasınavə inkişafına səbəb olub.

Misgərlik sənətindən danışarkən adlarını qeyd etdiyim və etmədiyim sənətnövlərini unutmadım. Mis nümunələrinin gözəl şəkildə təqdim edilməsində əsasrol oynayan həkkaklıq sənətidir ki, o hazırlanmış mis qablara, əşyalara xüsusiyaraşıq verir.

Məlumdur ki, Mis məmulatların əksəriyyəti dekorativ naxışlarlabəzədilirdi .Bununla məşğul olanlara həkkak deyilirdi . Qabların üzərindəkiheyvanat və nəbatat aləmindən real həyatı əks etdirən naxışlar, Quran ayələri və məşhur Şərq şairlərinin şeirlərindənmisralar sübut edirdi ki , bunlar artıq adi qab deyil , sənət əsərləridir. Misgərliknümunələrinin adi məişət əşyasından sənət əsərinə çevirilməsi həqiqətən dəmaraqlı hadisədir.

Misgərlik sənətində köməkçi rol oynayan qalayçılıq son dövrlərə qədərgeniş yayılmışdı. Belə ki, qalayçılar kənd-kənd, mahal-mahal gəzib mis qablarınyırtılmış, dəlinmiş yerlərini qalaylayıb onu yeni bir əşyaya çevirirdi.

Mənbələrin verdiyi məlumata görə, yemək hazırlanan mis qablar yalnızqalaylandıqdan sonra istifadəyə yararlı olur. Bu işi görən adamlar qalayçıadlanır . Qalayçı mis qabı əvvəlcə kirdən və yanıqdan təmizləyir sonraqalaylayır. Lazım gəldikdə onlar köhnə qabı təmir edir və axan yerinilehimləyirlər.

Misgərliyin ayrılmaz hissəsi olan dəmirçilik sənətindən də danışmaqistəyirəm.

Emalatxanasında olduğum ustalar bildirdilər ki, misgərliyin inkişafıdəmirçiliyin də inkişafına çox təsir göstərib. Onların sözlərinə görə, dəmirçilərilk növbədə məişətəşyaları və kənd təsərrüfatı alətlərini hazırlamaqla məşğul idilər. Lakin elədəmirçilər vardı ki , misgər ,dəmirçi ,dülgər ,bənna ,zərgər və s. sənətlərüçün alətlər hazırlamaqda ixtisaslaşmışdılar. Bəzi dəmirçilər nal və ona uyğunmıx hazırlamaqla məşğul olurdular. Həmin nal və mıxları heyvanlara vuranustalar nalbənd adlanırdı.

Məlum olduğu kimi bu gün Lahıc misgərlik sənətinə dövlət səviyyəsindədiqqət və qayğı var. Bu da misgərləri, bu sənətin yorulmaz yolçularınaqol-qanad verir.

Ölkə başçısı İlham Əliyevin Lahıca diqqət və qayğısı misilsizdir. Buqayğı nəticəsində burada misgərlik sənəti inkişaf edir. Deyərdim ki, Lahıcda inkişaf etmiş sənətkarlıq sahələrininönündə misgərlik durur. Lahıcda misgərlik özünün tərəqqi dövrünü keçirib, bütünçətinliklərə baxmayaraq bu gün də yaşayır. Mübağiləsi deyə bilərik ki, bəlkə dədünyanın heç bir yerində misgərlik Lahıcdakı qədər inkişaf etməyib. Keçmişdə Lahıcmisgərlərinin ustalığı digər ərazilərin misgərləri üçün nümunə olub, bu gün dənümunədir. Başqa bölgələrdə fəaliyyət göstərən misgərlər Lahıc misgərlərindən çox şeylər öyrəniblər.

Bu gün Lahıc misgərlik sənəti sözün əsl mənasındayaşadılır, onun yaşaması, genişlənməsi, inkişafı üçün yeni nəfəsliklər açılır.Bu da çisgərlərin, sənətkarların qarşısına yeni vəzifələr qoyur. Hesab edirəmki, lahıclı ustalar bu qədim xalq sənəti növünün gələcək nəsillərə itkisizötürülməsində xüsusi rol oynayacaq.

Ədil ƏDİLZADƏ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunur