LAÇINLI AĞDAMLINI NECƏ DOLADI?
Bir ağdamlı Laçına dostugilə qonaq gedir. Yeyib-içəndən sonra dostuna deyir:
- Bəlkə bir ayı ovuna gedək?
Dostu razılaşırlar və çıxırlar meşəyə. Xeyli gedəndən sonra qabaqlarına bir ayı çıxır, laçınlı ayını görən kimi başlayır kəndə tərəf qaçmağa. Ağdamlı dostunun qaçdığını görüb o da başlayır qaçmağa. Təngnəfəs olur və fikirləşir ki, əlimdə vinçestr tüfəng niyə qorxub qaçıram, çevrilir ayının döşünü verir güllənin altına, ayı yıxılır.
Dostu ağdamlının ayını vurduğunu görüb qayıdır geri, tərini silə-silə deyir:
- Ə, ayını niyə vurdun?
Ağdamlı:
- Qaqa, niyə qaçırdın, biz ayı ovuna gəlməmişdik?
Dostu:
- Ə, avara, mən qaçmırdım ey, onu kəndə çatanda vuracaqdım. İndi onu kəndəcən özün daşıyacaqsan.