Mina partlayışında yaralanan şəxs Xankəndiyə təxliyə edildi - YENİLƏNİB

Laçın rayonunda mina partlaması nəticəsində yaralanan şəxs Xankəndiyə təxliyə edilib.
Adalet.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
"03.08.2024-cü il tarixində Laçın rayonu Kalafalıq kənd sakini, 1959-cu il təvəllüdlü şəxsin (kişi cinsli) 15:05 minaya düşməsi səbəbilə Laçın Rayon Mərkəzi Xəstəxanasına çağırış daxil olub. Dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub. Piyada əleyhinə minaya düşmə səbəbindən sol ayağından xəsarətlər alan şəxsə ilkin zəruri tibbi yardım göstərilib və Xankəndi Şəhər Xəstəxanasına təxliyə olunub", – məlumatda bildirilib.
Hazırda yaralının vəziyyəti stabil qiymətləndirilir.
***
Laçın rayonunda mina hadisəsi baş verib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərindən Adalet.az-a verilən məlumata görə, işğaldan azad edilmiş Laçın rayonunun Kalafalıq kəndi ərazisində 2024-cü il 3 avqust tarixində mina hadisəsi baş verib.
Bildirilib ki, Laçın rayonunun Vağazin kənd sakini 1960-cı il təvəllüdlü Süleymanov Əli Zeynalabdin oğlu həmin rayonun Kalafalıq kəndi ərazisində Sarıbaba adlı yüksəkliyin otlaq sahəsində heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb: "Hadisə nəticəsində Süleymanov Əli sol ayağından xəsarət alıb. Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır".
"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!", - deyə məlumatda qeyd edilib.
Digər Xəbərlər

Azərbaycanda professor vəfat etdi

Qubada 15 yaşlı qızı 35 yaşlı oğlana ərə vermək istədilər - Polis qarşısını aldı

Qızılağac Milli Parkındakı yanğın söndürüldü - VİDEO + YENİLƏNİB

Azyaşlının sükan arxasına keçməsi faciə ilə nəticələndi - FOTO

Mehdiabadda yaşayış binasında yanğın, sakinlər təxliyə olundu - VİDEO

Neftçalada 1 yaşlı körpəni anası yerə çırparaq öldürübmüş - VİDEO

Culfada ağır qəza - 4 nəfər öldü
