Laçında “Mərkiz” futbol klubu fəaliyyətə başladı
Laçında yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, idman sahəsinə marağı və istedadı olanların aşkar edilməsi məqsədilə futbol klubu yaradılıb.
Adalet.az xəbər verir ki, “Mərkiz” adlı futbol klubunun növbəti ildən birinci liqada yarışlara qatılması planlaşdırılır.
Klub rəhbəri Elvin Salahov açıqlamasında bildirib:
“Futbolun inkişafı üçün Laçında lazımı şərait yaradılıb və Bakı Abadlıq Xidməti MMC-tərəfindən müasir standartlara cavab verən şəkildə inşa olunan stadionda süni və təbii örtüklü meydançalar, məşqlərin tədrisi üçün lazımi idman vəsaitləri yer alır. Hazırda müxtəlif yaş qruplarından olan 50-yə yaxın yeniyetmə və gəncə futbolun sirləri öyrədilir, peşəkar məşqçilər tərəfindən dərslər tədris olunur. Qarşıdakı hədəf isə gələn ildən “Mərkiz” futbol klubu adı ilə Laçını birinci liqada təmsil etməkdir”.
Qeyd edək ki, yeni yaradılan futbol klubu öz adını Laçındakı Mərkiz dağından götürüb.
Digər Xəbərlər
10 Sentyabr 2026 14:02
Renat Dadaşov Ukrayna klubunda
10 Sentyabr 2026 10:38
Lamin Yamal “Barselona”nın tarixinə düşdü
09 Sentyabr 2026 21:00
“Sabah”ın Çempionlar Liqasında şansları açıqlandı
09 Sentyabr 2026 20:45
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
09 Sentyabr 2026 19:01
Zubir “Qarabağ”a qayıdır? – RƏSMİ
“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
09 Sentyabr 2026 09:51
Arda Gülerə möhtəşəm mükafat - Luiş Fiqu təqdim etdi
09 Sentyabr 2026 09:31


Bakı -°C

