Küveytdə kütləvi zəhərlənmə: 287 nəfər xəstəxanalıq olub
Küveytin paytaxtında yerləşən restoranlardan birində 287 nəfər qidadan zəhərlənməyə görə xəstəxanaya yerləşdirilib.
Adalet.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə əmirliyin Səhiyyə Nazirliyinin nümayəndəsi Mustafa Rida bildirib:
"Hazırda Hola rayonundakı restoranlardan birində pis bişmiş qidadan zəhərlənməyə görə xəstəxanaya çatdırılanların sayı 287 nəfərə çatıb. Onlardan 80%-inə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 53 nəfər isə hələ də xəstəxanadadır”.
İaşə obyektlərinə nəzarət edən idarə araşdırmalara başlayıb.
Zəhərlənmə baş verən restoran bağlanıb, sahibinə qarşı cinayət işi açılıb.
Digər Xəbərlər
27 Aprel 2024 21:10
"Hər gün mülki əhalimiz Ermənistanın yerləşdirdiyi mina ilə üzləşir" - Hikmət Hacıyev
26 Aprel 2024 21:53İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTOLAR
26 Aprel 2024 20:40Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + VİDEO
26 Aprel 2024 20:30Prezidentlərin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
26 Aprel 2024 19:41