adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Noyabr 2018 14:39
16319
MARAQLI

Kütbeyin” adlandırılıb məktəbdən qovulan dahi

Dünya şöhrətli amerikalı ixtiraçı və sahibkar Tomas Alva Edison birçox ixtiraları ilə yadda qalıb. Amerika Birləşmiş Ştatlarında onun adına 1098,xaricdə isə üçmin patent mövcuddur.

Tomas Edison orta məktəbdə cəmiüç ay oxuyub. İlk üçaylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinəgörə, müəllimi Toması "kütbeyin” adlandırıb və bundan sonra o, evdəanasındantəhsil almalı olub. Edison yazırdı: "Anam mənə o qədər inandı, oqədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumuanladım”.

Ailənin yeddiuşağından ənbalacası olan Tomas 10 yaşı olarkən ilk laboratoriyasını qurub. 16 yaşında ilkteleqraf cihazını icad edib. Bu cihazın hazırlanma hüququnu 40 min dollara sataraq,1874-cü ildə özünə xüsusi laboratoriya açıb.

Edison daim oxuyar, elm vətexnikanın bütün nailiyyətlərindən və tələblərindən xəbərdar olardı. O,1869-1876-cı illərdə bir sıra orijinal cihazlar ixtira edib, patent alıb.

1877-ci ildə Edison səsləriplastinkaya yazan fonoqrafı və sonra yazılmış səsləri yenidən canlandırancihazı ixtira edir. Bu ixtirasına görə onu "Menlo-parklısehrbaz”adlandırırlar. Edisonun bu ixtirası indiki səs texnikasının əcdadıolub.

1879-cu ildə Edison Lodıginin lampasını təkmilləşdirərək onu praktika üçünyararlı edir, lampaya sokol, patron əlavə edib, müasir səviyyədəki şəklə salır.O, öz dövrünün ən güclü generatorlarının layihəsini yaradır.

Edison 1882-ci ildə dünyada birinci olaraq istilik elektrik stansiyasınıqurur və ictimaiyyətin istifadəsinə verir.

O, Bell ilə telefonunu təkmilləşdirir, səsin telefonda təmiz, aydın və ucaolmasına nail olur. Dünyada birinci elektrik dəmir yolunu o, çəkib, qələviliakkumulyatoru ixtira edib, dəmir filizin maqnitlə seperasiyası üsulunu verib.

Elektrik enerjisinin hər evdə sərf olunmasını miqdarca hesablamaq üçünEdison dünyada ilk sayğac qurub. O, əriyən qoruyucu ixtira edib, radiolampaları yaratmağın əsası olan termoelektron hadisəsini "Edisoneffekti”1883-cü ildə kəşf edib, kino sahəsində bir çox mühüm ixtiralarınmüəllifidir.

Edison həyatı boyu öz laboratoriyasında minlərlə təcrübələr aparıb vəixtiralarını praktikaya, məişətə çıxarmaq üçün iri zavodlar yaradıb.İxtiraçı-kapitalist olan Edisonun əməyi bütün bəşəriyyətə xidmət edib. Onunkimya, mədən işləri, hərbi texnika sahəsində də mühüm kəşfləri vardır.

85 yaşında axır saatlarında o, öz həyat yoldaşına demişdi: "Əgər ölümdənsonra nəsə varsa, bu yaxşıdır. Yox, yoxdursa, bu da yaxşıdır. Mən yaşadığım həyatdamümkün qədər yaxşı işlər görməyə çalışdım…”

Məşhur amerikalı ixtiraçı Nikola Tesla onun haqqında deyirdi: "ƏgərEdison ot tayasında iynə itirsəydi, mütləq iynəni tapana qədər samanları tək-təkgötürüb kənara qoyacaqdı”