Kürdəmirdə ata oğlunu öldürdü
Kürdəmirdə qətl hadisəsi törədilib.
"Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Xırdapay kəndində qeydə alınıb.
Kənd sakini, 61 yaşlıŞəmiyev Məzahir Heybət oğluaralarında yaranan ailə münaqişəsi zəminində oğlu, 35 yaşlıŞəmiyev Elkəni ov tüfəngi ilə vuraraq öldürüb.
Hadisə yerinə Kürdəmir rayonunun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, qətlə yetirilən Elkən Şəmiyev əvvəllər məhkumluq həyatı yaşayıb.
Digər Xəbərlər
01 May 2024 09:43