adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Aprel 2017 16:42
35946
ƏDƏBİYYAT

Kürdəmir rayonunda təqdimat

Kürdəmir rayonunda apreldöyüşlərində şücaət göstərərək qəhrəmancasına şəhid olmuş baş leytenant ƏbuBəkr İsmayılov və Tural Qurbanovun xatirəsinə həsr olunmuş tədbir keçirib. Heydər Əliyev Mərkəzindəbaş tutan tədbirdə rayon rəhbərliyi, millət vəkili və AMEAN.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regionalşöbəsinin əməkdaşları iştirak edib. Tədbirdəfilologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının "Çaşıoğlu” nəşriyyatındaçap olunmuş "Hay ver mənə, cənab leytenant” kitabı oxuculara təqdim edilib.

Əbu Bəkr İsmayılovun şərəfli həyatını əks etdirənfoto çarx nümayişi olunduğu tədbirdəçıxış edən Millət vəkili, akademik Rafael Hüseynov Dağlıq Qarabağdöyüşlərinin müasir mərhələsindən, Ermənistanın işğalçı siyasətindən vəxalqımızın şanlı qəhrəmanlıq səhifəsini yazan aprel döyüşlərindən söhbət açdı.

Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı CeyhunCəfərov, "Hay ver mənə, cənab leytenant” kitabının rəyçisi, ehtiyatda olanpolkovnik-leytenant Qabil Nəsibov, şəhidin dostu baş leytenant Bəhmən Heybətov,Sor-sor kənd orta məktəbinin direktoru Zeynal Səfərov çıxış edərək kitabın əsasməziyyətlərindən və bu kitabın hər kəsin stolüstü kitabına çevrilməsi vəməktəblərdə təbliğ olunmasının vacibliyindən bəhs ediblər. Orta məktəbşagirdləri kitabdan parçalar oxudular və Əbu Bəkr İsmayılovun şeirlərini ifaetdilər. "Hay ver mənə, cənab leytenant” kitabının müəllifi, muzeyin AranRegional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızıçıxış edərək kitabın yazılması zərurətindən, burada təsvir olunmuş fakt vəməqablardan danışdı, kitaba yaranan maraq və diqqətə görə oxuculara təşəkkürünübildirdi. Əbu Bəkr İsmayılovun anası Rəna İsmayılova, şəhid Tural Qurbanovunatası Gürşad Qurbanov çıxış edərək övladları ilə fəxr etdiklərini bildirdilər.Şəhid valideynləri qəhrəman şəhidlərimizə həsr olunmuş kitabın onlara təskinlikverdiyini və gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması üçün vacibolduğunu bildirərək müəllifə təşəkkür etdilər.

Qeyd edək ki,sözügedən kitab işğalçı Ermənistan hərbi birləşmələrinin 2016-cı ilaprelin 2-də Dövlətimizə qarşı növbəti təxribatının qarşısının alınmasındaqəhrəmanlıq göstərərək şəhid olmuş, Mi-24 hərbi helikopterinin ekipaj üzvü, başleytenant Əbu Bəkr İsmayılovun qısa, eyni zamanda şərəfli həyatından, şəxsikeyfiyyətlərindən bəhs edir. Eləcə də, onun doğmaları, dostları müəllimləri vəiş yoldaşlarının söylədikləri maraqlı xatirələr, kütləvi informasiyavasitələrində və sosial şəbəkələrdə onun haqqında yazılanlar da kitabda özəksini tapmışdır.

Onu dabildirək ki, baş leytenant Əbu Bəkrİsmayılov ölümündən sonra "Azərbaycan Bayrağı”ordeni ilə, şəhid Tural Qurbanov isə "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cüdərəcəli medalla təltif olunublar.