adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 May 2016 14:06
7653
ƏDƏBİYYAT

Külü iki ölkəyə sovrulan yazıçı

Dünya şöhrətli ispandilli yazıçı, 2 il öncə Meksikadadünyasını dəyişmiş Qabriel Qarsia Markesin külü ölkəsi – Kolumbiyaya göndərilib.Adalet.az xarici mediaya istinadən bildirir ki, Markesin külü yazıçılıqkaryerasına başladığı liman şəhəri Kartagenaya gətirilib. Şəhərdə Markesin ailəsi,dostları, sevənləri bir araya toplaşaraq, mərasim təşkil ediblər. Mərasimdə yazıçınınxatirəsinə bürünc büstün açılışı edilib və külün bir hissəsi məzar daşındakıxüsusi yerə yerləşdirilib. Qalan hissəsi isə 2014-cü ilə qədər yaşadığıMeksikaya göndərilib.

Dünya ədəbiyyatına kult əsərlər bəxş etmiş Markesinən məşhur romanı "Yüz ilin tənhalığı”dır. Bundan başqa "Polkovnikə məktubyoxdur”, "Labirintdəki general”, "Qırmızı bazar ertəsi”, "Vəba günlərində eşq”,"Gözlənilən qətlin tarixçəsi” və s. əsərləri ilə milyonların ürəyini qazanıb.

"Magik realizm” cərəyanının öncüllərindən olmuş Markes1982-ci ildə Nobel mükafatına layiq görülüb.