Kultroloq: “Belə insanlar psixoloji problemləri olan insanlardır”

Son zamanlar müzakirə olunan məsələlərdən biri də yeni model smart telefonların satışı zamanı yaranan izdihamlardır. Cəmiyyəti belə görmək bir çox ziyalıları təəssüfləndirdi. Bu izdihamın yaranması nədən qaynaqlanır? İstənilən dərslik üçün, hər hansı bir tarixi məkan üçün v.s kimi faydalı yer və işlər üçün niyə bu izdihamıı görmürük? Təbii ki, yaranan suallara biganə yanaşa bilmədik. Çünki mövzu gələcəyimiz olan gənclərin maraqlarıdır.
Mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Adalet.az-a danışıb:
Onun sözlərinə görə,bu kimi hallar inkişafa gec başlamış ölkələrdə daha çox baş verir: “Yeni texnologiyaların düşkünü olmaq artıq XXI əsrin psixoloji- sosial “dəbinə” çevrilib. Bu, təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə də özünü göstərir. Amma təəssüflər olsun ki, bu kimi hallar inkişaf etmiş ölkələrdə yox, avropa ölkələrində yox, məhz bizim kimi bir qədər inkişafa gec başlamış cəmiyyətlərdə daha çox baş verir. Bəli, ABŞ-da da var. Ancaq orada heç bir milyoner, heç bir varlı, heç bir ziyalı, tanınmış adam gecələr gedib İphone və ya brend marka geyimlər və müasir İKT-nin bizə sırıdığı cihazlar üçün növbəyə dayanmazlar. Yuxusuz gecələr keçirməzlər, bir- birlərinin saçını yolmazlar. Razıyam, onlarda endirim aksiyaları olanda insanlar çoxlu texnika əldə etmək üçün gedib, basa-bas salırlar. Ancaq Bakıda 4000-5000 manat aralığında satılan və əslində “İphone 13”ün sadəcə biraz dəyişdirilmiş variantı olan “İphone 15” markalı smartfon üçün bu qədər düşük hərəkətlər etmək, “mənim iphonem olsun” düşüncəsi ilə gecə mağazanın önündə növbədə dayanmaq normal insanların işi deyil. Həmin insanlar həm sosial cəhətdən, həm də ümumən həyatda psixoloji problemləri olan insanlardır.
Kultroloq bildirib ki, 50000 manata ipotekaya ev götürülərsə, həmin pulla ipotekanın 10%-ni ödəmək mümkündürsə, yaxud da avtomobil alıb, taksi kimi fəaliyyət göstərmək olarsa, eyni qiymətdən dəfələrlə aşağı olan, lakin həmin funksiyaları yerinə yetirən smartfon almaq olarsa,bu qədər canfəşanlıqla özünü “şəhid” etməyin mənası varmı?
Əvvəllər bəhanə gətirirdilər ki, ölkəmizdə üç mobil telefon rabitəsi xidmət göstərən şirkət var. Bunlar arasındakı qiymət fərqinə görə iki telefon istifadə edirdilər. Daha sonra bunu nəzərə alaraq böyük şirkətlər 2: 3, hətta 4 nömrəli smartfonlar istehsal etdilər. Ancaq dəyişən heç nə yoxdur. “Mənim iki telefonum var, mən xüsusiyəm, mən sizdən fərqliyəm” düşüncəsi ilə 4 nömrəli telefonla gəzdirən insanlar var. Baxırsan ki, həmin insan ya fəhlə işləyir, ya orta təbəqənin nümayəndəsidir, yaxud da valideyn hesabına yaşayan gənclərdir. “Qonşudan dala qalma” prinspi ilə çıxış edən digər gənclərimiz də bu mənasız yarışmanın dalınca düşürlər. Fikirləşmirlər ki, həmin smartfonları istehsal edən şirkətlərin günahına görə dünyada hərarət qalxır. Çünki hər hansı bir smartfonu istehsal eləmək üçün minlərlə prosses gedir. Min tonlarla sular istifadə olunur, enerji istifadə olunur, onun daşınma xərcləri, xidmət, təmir v.s .
Biz hər birmiz təzə geyimlər, smartfonlar alanda düşünməliyik ki, palnetdə tullantıların sayını artırırıq. Havanı zəhərləyirik, dünyamızı zəhərləyirik. Gələcək nəsillər üçün bu planeti xarabalığa çeviririk. Bir çox ölkələrdə buna qarşı etirazlar var. Hətta Avropa komissiyası “Apple”ni məcbur etdi ki, enerjiyığma yuvacığını belə dünyada qəbul olunmuş sürtəli enerji yığan yuvacığa dəyişsin. Çünki bununla bağlı problem yaranırdı. Amerika, Avropa, Rusiya , MDB ölkələrinin hətta gərginliyi də eyni deyil. Bu da külli miqdarda aksesuarların istehsalı və yenə də planetin çirklənməsi ilə nəticələnir.
Aydın Xan Əbilov qeyd edib ki, Azərbaycanda biz heç vaxt muzeylərin, teatrların, kino-teatrların və yaxud görməli yerlərin ətrafında belə qalmaqallı növbələr görə bilmərik. Bu mümkün deyil. Heç vaxt görməzsiniz ki, il ərzində hər hansı bir azərbaycanlı ailəsi öz büdcələrinin bir hissəsini təbiətdə istirahətə sərf etsin. Amma övlad valideyni məcbur edir ki, bahalı telefon alınsın, maşın alınsın. Hərəkətsizlik, radiasiya insanları məhv edir. Sizin bədəniniz bu radiasiyalar vasitəsiylə öldürülür. Bütün günü evdə vvifi, telefonlar, elektrik avadanlıqları işləyir. Bunların hər birinin radiasiya fonunu üst-üstə gəlsək bunların hamısı bizim beynimizi, bədənimizi məhv edir. Ona görədə Azərbaycanda dünyanın heç bir yerində olmayacaq qədər xəstəliklər artır. Bizim ölkədə xərçəng xəstəliyi, ürək-damar sistemi və sinirlərlə bağlı həddindən artıq çoxlu sayda xəstələr var.
İndiki dövrümüzdə doğulan uşaqların əksəriyyəti xəstə ata- ananın dünyaya gətirdiyi uşaqlardır. Onların da çox əlil olurlar. Bu da böyük problem deməkdir.
Smartfonlara hədsiz maraq göstərmək bir çox ailələrin dağılmasına səbəb olur. Ərindən yeni smartfon tələb edən arvad onu ya oğurluğa, ya rüşvətə, ya da qeyri-qanuni əməllərə sövq edir, yaxud da ailə dağılır. Bunun da əziyyətini cəmiyyət çəkir, dövlət çəkir, uşaqlar çəkir. Bir az ayılmaq gərəkdir. Sizi iphone ilə qarşılaya bilərlər. Amma beyninizin məhsulunu ortaya qoyanda( danışanda) sizin savadsız, etikasız, estetikasız, heç bir dünya görüşü olmayan şəxs olduğunuzu görəcəklər. Artıq bir yox, 4-5 iphone ilə gəzsəniz də heç kəs sizə dəyər verməyəcək.
Əksinə, siz həmin telefondakı proqram tətbiqlərinin birini və ya həmin smartfona bənzər bir cihaz yaratsanız dünyada məşhur simaya çevriləcəksiniz. Məhz bu düşüncə tərzi ilə yaşasanız daha çox uğur əldə edərsiniz.”
Əntiqə Kərimzadə
Digər Xəbərlər

Turistlərin heyran qaldığı Səlimiyyə məscidi – FOTOLAR

CineMastercard-da “Bridcit Cons.Oğlana heyran” filminin premyeradan öncə nümayişi keçirilib- VİDEO/FOTO

Azərbaycanda yerli cizgi filmləri yoxdur
jpg-1739462885.jpg)
H.Hacıyevin "Salam Xankəndi" videosunda erməniləri yandıran "mədəniyyət evi"

Cavidan Novruzla Əli Nur arasında qalmaqal böyüyür: “ Yalançıdır!"

Likiya sivilizasiyasının qorunan mirası Ksantos və Letoon – FOTOLAR

Hacı İsmayılovla görüş keçirilib - FOTOLAR
