adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 May 2017 15:54
19967
MƏDƏNİYYƏT

Kuklaçı aktyorun yubileyi keçiriləcək

Zənginyaradıcılıq yolu keçən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının inkişafında özünəməxsus rolu olan aktyorlardan biri də həyatının 40 ildən artıq bir dövrünü bu sənət ocağına bağlayan 60 yaşlıhəmişəcavan kuklaçı, Respublikanın Əməkdar artisti Rəhman Rəhmanovdur.

Mayın5-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi,Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə Azərbaycan Dövlət KuklaTeatrında sənətkarın 60 illik yubileyinə həsr olunmuş "85 yaşlı teatrın 60yaşlı aktyoru” adlı gecə keçiriləcək.

Teatrictimaiyyətinin, mədəniyyət və incəsənət xadimlərinin, teatrsevərlərin iştirakedəcəyi tədbirdə aktyorun uzunmüddətli yaradıcılıq yoluna nəzər salınacaq. Onunaktyor tərcümeyi-halını əks etdirən çarx nümayiş olunacaq, ona tamaşaçı rəğbətiqazandıran tamaşalarından səhnəciklərnümayiş olunacaq.

Qeydedək ki, kukla sənətini sevən və ümumilikdə çalışdığı teatrın geniş tamaşaçıauditoriyasına tanıdılmasında özünəməxsus əməyi olan aktyor 1974-cü ildən həyatınıAzərbaycan Dövlət Kukla Teatrına bağlayıb. Obrazın xarakterini tam açmaq üçün söz-hərəkət-musiqivasitələrinin vahid kompozisiyada birləşməsinə məharətlə nail olan aktyorunteatrda yaratdığı müxtəlif xarakterli obrazlar buna bariz misaldır. Xalqyazıçısı Anarın «Qaravəlli» tamaşasında Balaqədeş, Tofiq Kazımovun «QoçaqPolad» tamaşasında Balıqçı, Mirzəağa Atəşin «Cırtdan» tamaşasında Div, Əli Səmədlinin«Cubbulunun çərpələngi» tamaşasında Div və Qədeş, Tofiq Mütəllibovun «Meşə nağılı» tamaşasında Təkgöz kişi, Hikmət Ziyanın «Əkizqardaşlar» tamaşasında Səfər, Rəhman Əlizadənin «Sindibadın xoşbəxtlik adasınasəyahəti» tamaşasında Oğru, Əli Səmədlinin «Əzablı günlərin sonu» tamaşasında Qoca zənci, Rada Moskovanın «Haraqaçırsan, dayça?» tamaşasında Balaqan sahibi, Əyyub Abbasovun «Keçinin qisası»tamaşasında Canavar, Nicat Kazımovun «Ələddin» tamaşasında Şah, Eldar Baxışın«Məlikməmməd» tamaşasında Şah rollarını ifa edib. Bu mənada Üzeyir Hacıbəylinin"O olmasın, bu olsun” tamaşasında Məşədiİbad, Azərbaycan xalq nağılları əsasında hazırlanmış "Ağ babanın nağılı” tamaşasında Ağ baba, Samuil Marşakın "Pişiyin evi”tamaşasında Nağılçı, Abdulla Şaiqin "Tıq-tıq və Taq-taqın nağılı” tamaşasındaSiçan, Şarl Perronun "Çəkməli pişik” tamaşasında Şah və başqa bu kimi onlarla obrazı ona böyüktamaşaçı sevgisi qazandırıb.

Rəhman Rəhmanov 2006-cı ildə mono tamaşalar festivalında ƏyyubAbbasovun «Şəngülüm, Şüngülüm» tamaşası ilə iştirak edib və «Qızıl Dərviş» mükafatı laureatı olub. Azərbaycanteatrının inkişafındakı xidmətlərinə görə 7 mart2014-cü ildə AzərbaycanRespublikasının Əməkdar artisti fəxri adına layiq görülüb, Prezidentmükafatçısıdır.