"Krım, bizim ərazimizdir, cənab Vladimir Vladimiroviç" - Arseni Yatsenyuk
Ukraynanın şərqində gərginlik səngisə də, federallaşma tərəfdarları meydanlarda qalmaqda davam edir. Cenevrədə qəbul edilən razılaşmaya əsasən silahlı qarşıdurmanın qarşısı qismən alınsa da, bu, hələ tam sakitlik demək deyil.
Adalet.az xəbər verir ki, Avropa Birliyi, Amerika Birləşmiş Ştatları, Ukrayna və Rusiyanın Cenevrədə imzaladığı sənədə əsasən tərəflər Ukraynadakı gərginliyin aradan qaldırılması ilə bağlı razılıqa gəliblər. Razılığa əsasən, Ukraynadakı qeyri-qanuni silahlı qruplaşmalar ləğv edilməli və hökumət binalarını zəbt edənlər binaları tərk etməlidirlər. Amma Ukrayna hökuməti də onlara qarşı çıxan qüvvələrə amnistiya verməlidir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Cenevrə bəyannaməsi qəbul etdik: "Bütün zəbt olunmuş binalar, küçələr, meydanlar və digər ictimai yerlər azad edilməli, rəsmilərə təhvil verilməlidir”.
Müşahidəçilərin fikrincə isə sənəd daha çox Rusiyaya təsir göstərəcək. Razılıqdan sonra Qərbin Rusiyaya qarşı hazırladığı iqtisadi sanksiyalar hələlik dayandırıla bilər.
Ukraynanın baş naziri Arseni Yatsenyuk isə deyib ki, Cenevrə sazişindən ölkəsi üçün şəxsən heç nə gözləmir, çünki Rusiyaya inamı yoxdur, amma Yatsenyuk rusiyayönümlü silahlı qruplaşmalar hökumət binalarını tərk edərlərsə, onları əfv etməyə hazır olduqlarını deyib. "Qeyri-qanuni olaraq əlinə silah alan və hökumət binalarını ələ keçirən şəxslər əfv ediləcəklər, bu, mümkündür. Bizim tələblərimiz dəyişməyib, Krım Ukrayna ərazisidir. Bu, Donetsk, Ternopol, Lvov və ya Luqanskdan olan bütün vətəndaşlarımızın mülkiyyətidir. Bu, bizim dənizimizdir, bizim Yaltamızdır. Bu, bizim ərazimizdir, cənab Vladimir Vladimiroviç Putin”.
Donetskdə özünü xalq respublikası elan edən bir qrup isə razılaşmaya qarşı çıxıblar. Silahı yerə qoymayacaqlarını deyən rusiyayönümlü dəstələr Ukraynanın federallaşmasını tələb ediblər.
Digər Xəbərlər
29 Aprel 2024 15:36
Berlində regional təhlükəsizlik məsələsi də diqqət mərkəzində idi
29 Aprel 2024 15:35İsa Qəmbər yenidən başqanlığa namizəd oldu
29 Aprel 2024 15:05Ceyhun Bayramov Qətərə getdi
29 Aprel 2024 14:49Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olunub
29 Aprel 2024 14:39