Suyun qiyməti bahalaşacaq?
Bizdə bir qayda olaraq işığın, suyun , qazın və istiliyin qiymətləri tez - tez bahalaşır. Heç uzağa getməyək.İstiyin qiyməti 15 qəpikdən 45 qəpiyə qaldırlıldı.
Yəni qiymətlər üç dəfə bahalaşdı, amma xidmətin keyfiyyəti yaxşılaşmadı.50 gündən sonra istilik verilməsi mövsümü başa çatır,hələ də Bakıda istilik almayan binalar var. Ancaq abonentlərə istiliyin ödənilməsi ilə bağlı bildirişlər, qəbzlər gəlir.
Vallah,gülməlidir ey,istilik verilməyə səndən pul istəyənlər. İndi də suyun qiymətinin qaldırılıması ilə aidiyyəti qurumun Tarif Şurasına müraciət etdiyi bildirilir.Artıq bu barədə kütləvi informasiya vasitələrində məlumatlar da gedir. Məlum qurumdan da bildirilir ki, onlar suyun qiymət artımı ilə əlaqədar Tarif Şurasına müraciət edilməyib.
Hər halda, belə xəbərləri biz çox eşitmişik. Əlaqədar qurumları belə məlumatları təkzib edib. Lakin bir də gecə saatlarında görmüşük ki, işığın, qazın, suyun, yanacağın , istiliyin qiyməti artıb. İndi camaat bilmir ki, kimə inansın; yayılan xəbərləri, yoxsa aidiyyəti qorumların sözünə? Hər halda , bir neçə gündən sonra əsl həqiqət üzə çıxacaq!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

