adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 May 2017 19:17
9609
DÜNYA

Kot d-İvuarda hərbçilər qiyama başladı

Kot d-İvuar Milli Təhlükəsizlik Şurası ölkə prezidenti Alassan Uttaranın başçılığı ilə fövqəladə iclas keçirib. Trend-in məlumatına görə, fövqəladə iclasın çağırılmasına səbəb ölkədə hərbçilərin iştirakı ilə qiyamın başlanmasıdır.

Qiyam ötən gecə ölkənin bir neçə şəhərində vüsət alıb. Qiyam edən hərbçilər onlara verilməli olan pul mükafatlarının ödənilməsini tələb edirlər.

Hazırda onlarla danışıqlar bir nəticə verməyib. Hərbçilər kazarmaları tərk edərək şəhərin küçələrində əli silahlı gəzirlər.