adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Yanvar 2018 15:00
15446
DÜNYA

Kosovada serb lider qətlə yetirildi

Kosovanın "Azadlıq, Demokratiya, Ədalət” vətəndaş təşəbbüsləri hərəkatının lideri Oliver İvanoviç qətlə yetirilib.

Adalet.az xəbər verir ki, bu barədə informasiyanı "Blic” qəzeti yayıb.

Qəzet İvanoviçin sui-qəsd nəticəsində qətlə yetirildiyini bildirib. Ona 5 dəfə atəş açıldığı vurğulanıb. Sui-qəsddən dərhal sonra İvanoviç xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.