adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Sentyabr 2018 08:41
167289
RUBRİKA

Körpəmi itirəndən sonra həyat yoldaşım məni tərk etdi – Azərbaycanlı qadının hekayəsi - 1

Xəbər verdiyimiz kimi, "Ədalət” qəzeti "Azərbaycanlıqadının hekayəsi” adlı yeni layihəyə start verib. Bu layihədə qadınlar öz dərdlərini,yaşadıqları çətinlikləri yazıb bizə göndərəcək. Hazırda çoxsaylı məktublaralmışıq.

Adalet.az "Azərbaycanlı qadının hekayəsi” layihəsindənilk yazını təqdim edir. Xanımın xahişi adını, soyadını yazmır, anonim imza kimiqadının yazdıqlarını diqqətinizə çatdırırıq.

Hardan və necə başlayımbilmirəm. Bir yerdən başlamalıyam əlbət...

Başlayaq 19 yaşımdan.

Həyatıma bir insandaxil oldu. Sevdik… Ya da başqa cür deyim. Sevdim...

Tam 3 il... Hər şeyimlə...Qadınlar zatən belədirlər. Sevdikləri üçün canlarını verərlər. İstər ailələrindənolsun, istər əks cins, istər övladı. Yaşadıqlarınıiçdən hiss edən biriyəm.

Yaşadıqlarını içdənhiss edən biriyəm. Dolu-dolu yaşanmadı mənim üçün həyat... 3 ildən sonra həyatımınilk ən böyük zərbəsini aldım. Ailəli və uşağı olan bir insanı sevdiyimi öyrəndim.

Təsəvvür edin...Həyatımıquracağımı düşündüyüm insan həyatımın ən böyük yalanı oldu. Nələr yaşadım, nəhislər keçirdim, yazmağa gərək yox. Təxmin və hiss eləmək çətin deyil... Bir ildepressiya, müalicələr. Amma… qalxdım ayağa. Və elə o gündən də ən güclü QADINoldum... Həyat meni hazırlayırmış olacaqlara...

17 yaşımdan isə yanımdamənə dost olan bir insan var idi... Hansi ki, dostluğundan tam əmin olduğumbiri. Yaşadıqlarımın hər anında yanımda oldu və mənə mənəvi dəstək oldu… Və bizailə qurduq. Sevgi evliliyi mənim üçün bitmişdi. Onun mənim üçün doğru olduğuna əmin idim. Gələcəkdəyaxşı yoldaş, yaşı ata, ən əsası yaxşı insane olduğundan. Sevgi evliliyi yox, məntiqevliliyi qurdum.

Hər şey qaydasındaidi. Bir qızımiz gəldi dünyaya. Bu həyatda mənə yaşamaq üçün güc verən yeganə səbəbim.Qızım...

Yoldaşım haqda düşündükləriminreallaşması məni sevindirirdi. Evlilik addımında səhvə yol vermədiyim üçünolduqca şad idim.

Amma...

Bir neçə müddət öncəhər şey dəyişdi. Bətnimdə körpəmi itirdim. Verilən analizlərdən məlum oldu ki,sümük iliyi xərçəngiyəm. Bədənimdə olan viruslar körpəmə yaşamağa imkan vermədi.Və mən bu xəbəri dörd gün öncə almışam... Həyatında hər şeyi yolunda gedən birqadından ən bədbəxt qadına çevrilmişəm. Və hər şeydən betəri bir neçə gün öncəildönümümüz olmasına baxmayaraq xəstəliyimi öyrəndikdən sonar iki gün öncə həyat yoldaşı tərəfindən tərk edilən QADIN… Dəhşətlidir,hə? 10 ildir yanımda olan insane 10 gün mənə dözmədi. Bilirsiniz, qınamıramonu… Yəqin yaşayacaqlarından qorxdu. Yəqinbu illər ərzində mənə dəstək olmaqdan yoruldu. Bütün cəhdlərim onu haqlıçıxarmaq üçündür. Bu illər ərzində dəfələrlə ürəyimdə "ayrılacam” desəm də onuqırmamaq üçün dilimə belə gətirməmişəm bunu… Sırf o incinməsin deyə qurban eləmişəmözümü... Amma həyat nələri göstərir bizə... O isə "bu şəraitdə biz davamedə bilmərik" deyib gedib... Mən isə bu deyilənlərin qarşısında sadəcəsusa bilmişəm… Hislərim donub… Ağlaya da bilmirəm… Əksinə daha çox paylaşımedirəm… İçimdəkiləri, ümidimi, hər şeyimi cümlələrə tökürəm… Məndən qalan nələrsəolsun deyə… Kimlər üçünsə örnək olum deyə… Mən ən əzizimin qarşısında beləağlayan biri deyiləm… Mənə insanların yazığının gəlməsini heç istəmirəm… Bütünbunları həyatımın bir sınağı kimi qəbul edirəm… Şükür elədiyim ailəm var. Baxıbtəsəlli tapdığım qızım… Bir də şükür elədiyim xəstəliyim. Bəli, bəli, şükü eləməliyəm.Çünki bu xəstəliyə tutulub imkansızlıqdan bunun müalicəsini edə bilməyən minlərləinsane var… Amma min şükür ki, mənə hərtərəfli dəstək olan valideynlərim var…

Üç gün sonra Türkiyəyə yola düşürəm. Müalicə üçün. Üş ayAzərbaycanda olmayacam. Canım qızımı əmanət etdiklərim var. Onun üçün mübarizəaparacam. Bir də qardaşımın qızı dünyayagələcək. Çox təəssüf edirəm ki, onun ən əziz günündə yanında ola bilməyəcəm.Amma olsun.. Yetər ki, körpələr sağlam olsunlar... Bilmirəm, bu yazi nə vaxtyayımlanacaq. Yeqin ki, men daha heç oxumayacam bu yazını.. Çünki bir müddət telefondanuzaq duracam. Müalicələr zamanı qəti qadağandır. Amma ilk telefonu əlimə aldığıman oxuyacam... Bax belə... Bunları yazmaqda səbəbim var. Qadınlar çox güclüolsunlar. Çox xoşbəxt olsunlar. Heç kimin yanında əyilməsinlər. Biz hər kəsdəndəyərliyik. Həyatınızda olanların size yıxmağına icazə verməyin. Çox dözümlü olun…Həmişə gülün… Həyatınızda nə baş verməsindən asılı olmayaraq… Mənim kimi… İçimdəçooox böyük ümid var… O ümiddir məni bu həyata bağlayan… Məni yaşadan. Allaha əmanətolun!