adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Mart 2020 11:02
8291
SAĞLAMLIQ

Koronavirusa qarşı immuniteti müəyyən edən test sistemi hazırlandı

Rusiyanın "Vektor” Virusologiya və Biotexnologiya üzrə Dövlət Elmi Mərkəzi insanın koronavirus infeksiyasına qarşı immunitetininolmasınıtəyin edəcək yeni test sistemi hazırlayıb.

TASS-ın məlumatına görə, bu barədə "Rospotrebnadzor”un ("İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmət”) rəhbəri Anna Popova bəyan edib.

"Vector” tərəfindən hazırlanan yeni test sistemikoronavirusa qarşı anticisimlərin olmasını müəyyən etməyə imkan verəcək”, - deyə A.Popova bildirib.

Bundan əlavə, yeni nümunəbədəndə koronavirusunmövcudluğunu təyin etmək üçün reaksiyaları əhəmiyyətli dərəcədə sürətləndirəcək.