13 Iyun 2024 10:48
2507
LAYİHƏ

“Könüllü sosial xidmətçilik” layihəsinə start verildi

“Dayaq” Sosial Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Könüllü sosial xidmətçilik” layihəsini həyata keçirir. Layihənin məqsədi qayğıya ehtiyacı olan insanlara sosial xidmətin göstərilməsində ictimai rolun artırılmasından ibarətdir.

Layihə barəsində məlumat verən Hicran Əliməmmədova qeyd edib ki, həyata keçirilən layihənin ideyası hökumətin həyata keçirdiyi sosial siyasətdə ictimai rolun artırılmasından ibarətdir: “Məlum olduğu kimi Azərbaycan hökumətinin prioritet hesab etdiyi sahələrdən biri də sosial sahədir. Bu istiqamətdə müəyyən qanunlar qəbul olunur, dəstək layihələri həyata keçirilir. Layihə də Bakı şəhərində xüsusi qayğıya ehtiyacı olan insanlara sosial dəstəyin göstərilməsi işində ictimai rolun artırılması, bu yöndə könüllü fəaliyyətin təmin olunmasını təşviq etməkdən ibarətdir. Bunun üçün tədbirlər keçiriləcək. Eyni zamanda KİV də və sosial şəbəkələrdə davamlı iş aparılacaq. Könüllü sosial xidmətçilərin formalaşdırılması və yöndə işin qurulması üçün aidiyyatı qurumlarla əməkdaşlıq ediləcək. Layihə Bakı şəhərində sosial xidmətə ehtiyacı olan olan insanlara dəstək göstərmək, onların zəruri ehtiyaclarının ödənilməsində könüllülük prinsipi əsasında işin qurulmasını təşviq etməkdən ibarətdir”.

h.Əliməmmədova onu da bildirib ki, belə bir layihə həyata keçirməklə Bakı şəhərində sosial xidmət sahəsində ehtiyac içində olan insanlara ictimai dəstək göstəriləcək. Könüllülük prinsipinin aşılanması ilə gənclər bu qəbildən olan insanlara dəstək olacaq: “Layihənin hədəf qurupu Bakı şəhərinin Yasamal, Səbail, rayonlarında sosial ehtiyacı olan şəxslər olacaq. Layihə dövründə Bakı şəhərinin Yasamal, Səbail rayonlarında bu qəbildən olan insanlarla fərdi söhbətlər aparılacaq. Onların ünvanları müəyyən olunacaq. Layihə ərzində məyirmi masa təşkil olunacaq. Bu insanlara dəstək üçün işçi qurupu yaradılacaq. Könüllü sosial xidmət işçilərinin formalaşdırılması həyata keçiriləcək”.