Könül Kərimova: “Yerlərini səhv salıblar”
Əməkdar artist Könül Kərimova bayağı ifaçıların məşhurlaşmasında televizyaları günahlandırıb.
Adalet.az xəbər verir ki, K. Kərimova bayağı mahnı ifaçılarının efirə dəvət edilməsini qınayıb:
“Bayağı mahnı ifaçıları hər zaman olub. Sadəcə, hər kəsin öz yeri var idi. İndi yerləri səhv salıblar. Ona görə də onlar da çaşıb. Elə düşünürlər ki, nəsə bilirlər. Onlara riayət edib, öz yerlərini göstərsək, hər şey yerinə düşəcək.
Müğənninin duet ortağı Cabbar Musayev isə “1970-1980-ci illərdə də bunlar var idi. Aydınçik var idi, ona qulaq asırdım. Bütün Azərbaycan onu dinləyirdi. Ancaq ayağının altına gül səpib, onu televiziyaya gətirən yox idi. İndi Aydından da zəif ifaçıları şamlarla, güllərlə elə reklam edirlər ki... Oxuya bilməyənlərin bəxti onda gətirib ki, insanların çoxunun musiqi duyumu yoxdur” fikirlərini söyləyib.
Əntiqə
Digər Xəbərlər
22 Sentyabr 2026 11:03
“Bu gün Azərbaycan küçələrində "Kurtlar Vadisi" replikaları ilə danışan bütöv bir nəsil var”
22 Sentyabr 2026 00:06
Afra Saraçoğlu sərbəst buraxıldı - YENİLƏNİB
22 Sentyabr 2026 00:00
Serdar Ortaç vəsiyyətini AÇIQLADI
21 Sentyabr 2026 13:11


Bakı -°C

