adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Oktyabr 2014 13:35
12430
ŞOU-BİZNES

Könül Kərimova oğlunun dərdindən yatağa düşdü

Tanınmış müğənni Könül Kərimova xəstələnib yatağa düşdü. Bu haqda Milli.Az-a məlumat verən müğənni xəstəliyini oğlunun hərbi xidmətə getməsi ilə əlaqələndirdi:"Nə qədər istədim özümü soyuqdan, xəstəliklərdən qoruyum, alınmadı. Özü də işlərimin qızğın bir vaxtında. Oğlumu hərbi xidmətə yola salandan sonra çox həyəcanlandım. Onun dərdi məni xəstəliyə düçar etdi. Xəstəliyim də həyəcandan oldu. Oğlum məndən ayrı düşüb. Məncə, bütün analar mənim keçirdiyim hissləri yaşayıblar. Amma sevinirəm ki, o, hərbi xidmətə, vətəni qorumağa gedib".