adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 May 2019 14:39
16422
ƏDƏBİYYAT

Könlümün fəsilləri

Sən mənimyazımsan. Baharda ağaclar tumurcuq açar kimi mənim də bütün arzularım səninləçiçək açır. Ən saf ümidlərim, ən təmiz xəyallarım sənə doğru qaçır. Sən mənimgözəlliyə qərq olmuş dünyamsan. Yaz ətirli nəfəsimsən, ömrümün bayram fəslisən.

Sən mənim günəşliyayımsan. Gözlərimin nuru, aydınlığımsan. Sonsuz dənizimsən. Açıq səmamsan.

Sən mənim rənglipayızımsan. Yarpaqlarını itirməkdən qorxduğumsan. Bəzən ildırımım, bəzən xəzan pıçıltımsan.

Sən mənimsoyuq qışımsan. Titrətsən də könlümü, yağdırsan da qarını yenə eyni məhəbbətləsevirəm səni. Səni duyuram təbiətin özü kimi "Mənim dörd mövsümüm”!

Sənyoxsan

Nə həyatımda, nə də bu dünyada

Sərin bir axşamda

Xəfif küləyin üzümə dəyişində

Hiss edirəm səni…

Baharın gözəlliyin duymağımda

Tumurcuqların ümidə bənzəyişində

Çiçəklərin ətrində, güllərin şehində

Hiss edirəm səni…

Və sənsizliyi…

Dənizin dalğaları kiminə sevinc

Kiminə əyləncə

Kiminə rahatlıq bəxş edir.

Mənə səni bəxş edir…

Ya da sənsizliyi…

Səmadakı təyyarələrin izləri

Kimini arzularına çatdırır

Kimini ünvanına.

Məni sənə aparır

Ya da sənsizliyə…

Qayıqların yelkənli olmağı

Güvən hissi yaradır.

Həm qayığı batmağa qoymaz

Həm də ona güvənən sərnişinin.

Mənsə kimə güvənəcəyimi bilmirəm.

Payızın xəzəli kiminə sevgi deməkdir.

Kiminə sadəcə xışıltı, kiminə hüzn.

Kiminə isə heç nə ifadə etmir.

Mən səni duyuram

Hər yarpağın yox olmağında

Incə-incə qırılıb ağacı tərk etməyi

Sənə olan ümidlərimin yox olmağına

Bənzəyir…

Yağışın hər damlası mənə

Səndən bəhs edir.

Üzümdəki damlanı silməməyim də

Buna nişanədir

Mənim əvəzimə ağlayan göylərə də

Təşəkkür edirəm.

Ən azından yalnız olmadığıma

Inandırır məni.

Qışın yarpaqsız ağacları

Mənim sənsiz halıma bənzəmirmi?

Sənsizlik bir ümmandır.

Boğulmadan üzürəm.

Ya da boğularaq…

Çox uzaqlara qədər beləcə getməyi

Gözə almışam…

Ya da gedə biləcəyim yerə qədər.

Yolumun adı

Yaşamaqla ölüm arasında…

Səninlə sənsizlik kimi…!

Şükranlıq

Mən bəlkə dəbelə sevməzdim həyatı, sevməyi anam öyrətməsəydi mənə. Bir dəfə də şikayət etmədinədənsə - narazı olacağı səbəblər saysız-hesabsız olsa belə. Işığımız söndü tezlikləyanar dedi. Suyumuz kəsildi az keçməz gələr dedi. Şükranlıq dolu qəlbi ilə hərzaman nurlandırdı evimizi.

Payızın saralmışyarpağında da gözəllik axtarmağı, qar dənələrinin bizə bir ərmağan olmağınainanmağı, gülün ətrini, rəngini duymağı, tikanını görməməyi anam öyrətdi mənə.

Leysan yağdıgöy üzündən yerdəki çirkinlikləri aparar dedi. Qaranlıq düşəndə ayla,ulduzların gözəlliyinə tamaşa etməyi öyrətdi mənə. Saçlarımı oxşayaraq oxuduğu nağıllara elə inandırdı ki, məni hələ də xeyrin şərəqalib gələcəyinə inanıram hər zaman.

Yaxşı insanolmağı elə öyrətdi ki, əslində yamanlıq nə deməkdir onu unutdum. Başqalarınınsevincinə sevinməyi elə öyrətdi ki, öz sevincimə sevinməyi unutdum.

Anamlıdünya

Uşaqlıqda dasevincimi sevdiklərimlə bölüşürdüm. Kədərimi kimsənin bilməsini istəmirdim.

Doqquz yaşımolanda anam çətin əməliyyata getməli oldu. Biz də məcburi köçkün olduğumuz üçünxalamgildə qalırdıq. Əslində bilirdim sağollaşmalıyam anamla, amma ağlayacağımaəmin idim deyə həyətə düşdüm. Həm də vida səhnələrini sevə bilmədim heç cür.

Anamgil düşübmaşına minəndə gülə-gülə gedib öpdüm, sanki yarımçıq qalmış oyuna tələsirmişkimi uşaqların yanına qayıtdım. Həm də çox istəyirdim bir də məndən ötrünarahat olmasın. Arxaya dönmədən ağlaya-ağlaya qayıtdım. Maşın gözdən itəndənsonra çəkildim bir kənara. Anamın yaylığın cibimdə gizlətmişdim. Onu qoxlayaraqağladım saatlarla. Anamın gül ətrini duyaraq ağladım. Və həmin gün onu daanladım ki, anam yanımda olsaydı göz yaşımı silərdi…

Yaqubova Günel