adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Iyul 2018 16:04
18103
MARAQLI

Könlü kabab istəyən... ölümü gözə alsın

Kabab – milli mətbəximizin əsas yeməklərindən sayılır. Ammaunutmamalıyıq ki, kabab bir çox dünya ölkələrinin mətbəxində də var, sırf bizəməxsus deyil. Şərqdən qərbə yayılaraq müxtəlif adlarla tanınsa da, mahiyyəteynidir, yəni odda bişirilən ət. Xüsusən də yaz-yay mövsümlərində, açıq havadahər kəs kabab çəkib damaq keyfiylə yeməyə üstünlük verir. Amma kababın nə dərəcədəölümcül bir təam olduğunu bilirsinizmi? Ümidvaram, bu yazıdan sonra kabablaehtiyatlı davranacaqsız.

Ümumiyyətlə qırmızı əti gərəyindən artıq istifadə etmək mədə üçün çoxtəhlükəlidir. Ancaq qırmızı əti qaynanmış və ya digər qidalarla bərabər vamodda bişirilmiş halda yemək təhlükəni azaldır. Kababı təhlükəli edən ən birincisəbəb isə ətin üst təbəqəsinin kömür və odda yanmasıdır ki, bu da yüksəkmiqdarda kanserogenlərin vücuda daxil olması ilə nəticələnir. Vaxtaşırı kababyeyən insanlar yaxın gələcəkdə mədə və mədəaltı vəzi, eləcə də bağırsaq xərçənginəyoluxa bilərlər. Yox əgər kababdan vaz keçə bilmirsinizsə, o zaman kababın ətinihazırlayarkən ona bolluca rozmarin, istiot, soğan və sarımsaq vurulmalıdır. Bu,ətin üzərində əlavə təbəqə yaradır ki, kömür və alovun zərərli maddələri ətəçox az miqdarda keçir.

Kababın ikinci böyük təhlükəsi onun qoxusudur. Halbuki adama ləzzətedən də məhz bu qoxudur, amma mütəxəssislər deyir ki, kabab bişərkən manqalınyanında dayanmayın. Təbii ki, kababçı məcburən dayanıb xüsusi alətlə ətiyelpikləmələdir. Amma bu işi edərkən tibbi nəfəslikdən istifadə edərsə özünədaha az ziyan etmiş olar. Kababın kanserogen tərkibli (nəm qoxu ilə kömürünhavada birləşməsindən yaranır) qoxusu nəfəslə yanaşı dəri ilə də bədənə daxilolduğundan kabab çəkən adam mütləqdir ki, paltarlarını dəyişdikdən, yuyunduqdansonra süfrəyə otursun. Yalnız belə olduğu halda dərisinə və paltarına hopmuş zərərlimaddələrdən qurtula bilər.

Bununla yanaşı kabab qan təzyiqi olan insanlar üçün də ziyanlı hesabolunur. Amma azərbaycanlılar, eləcə də digər türk toplumları kababın ustalarıolduğu üçün bu barədə qərbdən daha irəlidədirlər. Yəni yaxşı bilirik ki,kababla mütləq ayran içilməlidir. Nanə qurusu əlavəli ayran həm təzyiqi normadasaxlayır, həm də digər zərərli maddələrin bədəndə qarşısını alır. Bir sözlə,kabab spirtli və ya şirəli içkilərlə yeyilməzsə, ziyanı yarıbayarı endirmişolarıq.


Şəfiqə ŞƏFA