Kommunistlər İlham Əliyevin namizədliyini dəstəkləyir
Martın 4-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti plenumu keçirilib.
Partiyanın mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, plenumda 11 aprel tarixində ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycan Kommunist Partiyasının iştirakı məsələsi geniş müzakirə olunub.
AKP sədri Rauf Qurbanov tədbiri açıq elan edərək gündəlikdə duran məsələ ilə əlaqədar məruzə edib. AKP lideri cəmiyyətdə vətəndaş həmrəyliyinin, sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin olunması üçün bütün siyasi partiyaların və ictimai təşkilatların, o cümlədən Azərbaycan vətəndaşlarının seçkidə aktiv iştirak etməsinin zəruriliyini qeyd edib.
Rauf Qurbanov bəzi siyasi partiyalar tərəfindən seçkini boykot edən çağırışların Azərbaycan dövlətçiliyinin əleyhinə olduğunu və onun beynəlxalq imicinə xələl gətirdiyini, Azərbaycanı istəməyən xarici qüvvələrin bundan gələcəkdə ölkəmizə qarşı edəcəkləri təzyiq kimi dəyərləndirib.
Məruzə ətrafında AKP MK sədrinin müavini F. Rəşidov, AKP Gəncə ŞK birinci katibi Ə. Veysov, ASZİ MK sədri A. Şiriyev, AKP Lənkəran RK birinci katibi N. Bağırov, AKP Sumqayıt ŞK birinci katibi S. Hüseynov, AKP Goranboy RK birinci katibi T. Əsədov, AKP Ağdam RK birinci katibi A. Quliyev, AKP Nizami RK birinci katibi N. Abbasov, AKP Suraxanı RK birinci katibi Ə. Cabbarov, AKP Muğan zonası üzrə baş koordinatoru, AKP Sabirabad RK birinci katibi N. Ağayev, AKP Beyləqan RK birinci katibi İ. Məhərrəmov, AKP MK üzvləri L. Teymurova, Q. Əhmədov və digər yoldaşlar çıxış ediblər.
AKP MK plenumu növbədənkənar prezident seçkilərində iştirakla bağlı qərar qəbul edib və seçkinin gedişini izləmək üçün MSK, dairə və məntəqə seçki komissiyalarında AKP tərəfindən müşahidəçi qismində iştirak edəcək yoldaşların siyahısını təsdiq edib.
Plenumda həmçinin Azərbaycan kommunistlərinin prezidentliyə namizədlərdən hansına dəstək olacağı məsələsi geniş müzakirə olunub. AKP MK sədri Rauf Qurbanov prezidentliyə namizədlərin hər biri haqqında plenum iştirakçılarına ətraflı məlumat verib. Plenum üzvləri Respublika üçün talehyüklü bir məsələni geniş müzakirə və təhlil edib, Azərbaycanda əmin-amanlığa, sabitliyə dəstəklərini bildirərək, Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin namizədliyinə dəstək olmaq barədə qərar qəbul ediblər. Plenumda AKP MK rəhbər işçiləri ilə yanaşı, partiya fəalları və komsomolçu gənclər də iştirak ediblər.
Digər Xəbərlər
26 Aprel 2024 21:53
İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTOLAR
26 Aprel 2024 20:40Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + VİDEO
26 Aprel 2024 20:30Prezidentlərin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
26 Aprel 2024 19:41QƏRƏZLİ QƏTNAMƏLƏRİN YEGANƏ SƏBƏBİ QARABAĞI AZAD ETMƏYİMİZDİR
26 Aprel 2024 19:00