Komitələrin birgə iclasında 16 məsələyə baxılıb
Bu gün Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi ilə ictimai birliklər və dini qurumlar komitəsinin birgə iclası keçirilib.
Milli Məclis sədrinin birinci müavini, parlamentin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov gündəlikdəki məsələlər barədə məlumat verib.
İclasda İnzibati Xətalar, Cinayət, Əmək, Miqrasiya məcəllələrində, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, "Siyasi partiyalar haqqında”, "Həmkarlar İttifaqları haqqında”, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, "Telekommunikasiya haqqında”, "Xidməti və mülki silah haqqında”, "Üzümçülük və şərabçılıq haqqında”, "Sərbəst toplaşmaq azadlığı haqqında”, "Yol hərəkəti haqqında”, "Kütləvi informasiya vasitələri haqqında”, "Televiziya və radio yayımı haqqında”, "Müdafiə haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunub.
Qeyd edilib ki, təklif olunan dəyişikliklər texniki xarakter daşıyır. Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər. Müzakirə olunan layihələr Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Digər Xəbərlər
03 May 2024 11:19
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
03 May 2024 10:04Hikmət Hacıyev: “UNESCO bir adamın əlində alətə çevrilməməlidir”
02 May 2024 16:33Məzahir Pənahov: Noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
02 May 2024 16:08Azərbaycandan dünyaya sülh, təhlükəsizlik çağırışları
02 May 2024 16:04