Komitə sədri: Yeni bilik və vərdişlər qazanılmasa müasir dünyanın inkişaf tempinə uyğunlaşa bilmərik
Təhsil insan həyatının bütün sahələrinə - iqtisadiyyata, sosial rifaha, mədəni inkişaf və təməlimə birbaşa təsir edən ən əsas amildir.
Adalet.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda keçirilən 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun açılış mərasimində çıxışı zamanı deyib.
O, yeni çağırışlara qoşulmağın zəruriliyindən danışıb:
"Gündəlik olaraq bu çağırışlara qoşulmasaq, öz imkanlarımızı artırmasaq, yeni bilik və vərdişlər qazanmasaq, təbii ki, müasir dünyanın inkişaf tempinə uyğunlaşa bilməyəcəyik. Dövlətin müəyyən etdiyi siyasətə uyğun olaraq, Dövlət Komitəsi aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti subyektləri ilə birgə çoxsaylı layihələr həyata keçirir. Bu layihələr arasında təhsilin və gənclərin imkanlarının artırılması məqsədi daşıyan təşəbbüsləri cəmiyyət böyük maraqla qarşılayır. Bu layihələr şəhid xanımlarının və gənc qadınların təhsilə çıxış imkanlarını genişləndirir, onların gələcəyə inamla addımlamasına dəstək verir".
Komitə sədri əlavə edib ki, üç minədək qız erkən evliliklərə qarşı təşkil edilən təlimlərə cəlb olunub və maarifləndirilib.
Digər Xəbərlər
29 Aprel 2026 20:00
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
29 Aprel 2026 19:53
Şahin Mustafayevin korteji Ağverəni belə TƏRK ETDİ - VİDEO
29 Aprel 2026 19:21
Hesablama Palatasından mühüm TƏKLİF
29 Aprel 2026 17:49
Bakı metrosu WUF13 iştirakçılarına müraciət etdi
29 Aprel 2026 17:33
Kamran Əliyev Mərakeşdə - FOTO
29 Aprel 2026 16:34
Hərbi prokuror Daxili Qoşunların hərbi hissəsində görüş keçirdi - FOTO
29 Aprel 2026 14:59
Azərbaycan-İran sərhəddində yeni keçid məntəqəsi istifadəyə veriləcək
29 Aprel 2026 12:54


Bakı -°C

