Komitə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə əməkdaşlıq edəcək
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
AzVision.az xəbər verir ki, imzalanma mərasimində çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib ki, son illər ərzində respublikanın bütün regionlarında, xüsusilə Bakıda həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, tikinti və quruculuq işləri nəticəsində ölkə şəhərləri günü-gündən abadlaşır.
Komitə sədri qeyd edib ki, şəhərlərin inkişafı, müasir təıləblərə cavab verən şəhərin infrastrukturunun yaradılması, vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində son illər ərzində uğurla reallaşdırılmış çoxsaylı layihələrlə yanaşı, bəzi hallarda bu sahədə bir sıra nöqsanlara və qanun öpozunularına da yol verilib, şəhərsalma, tikinti norma və standartlar gözlənilməyib.
İki qurum arasında imzalanan Əməkdaşlıq Memorandumunun əhəmiyyətinə toxunan S.Nuriyev təşkil olunacaq sıx əməkdaşlıq nəticəsində şəhərsalma nəzarəti və qanunsuz tikintilərlə mübarizə sahəsində Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqların icrasına ciddi töhfə verəcəyini vurğulayıb: "Bu əməkdaşlıq çərçivəsində təşkil olunacaq birgə fəaliyyət ölkə ərazisində şəhərsalma, tikinti və memarlıq sahələrində müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsinə, habelə bu istiqamətdə bəzi vəzifəli, hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınmasına yönələcək”.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev çıxışında dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdırılan iqtisadi və institusional islahatların şəffaflığın və hesabatlılığın təmin edilməsi, korrupsiya hallarının qarşısının alınmasında əhəmiyyətini qeyd edərək, korrupsiyaya qarşı mübarizədə qurumlararası əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
O qeyd edib ki, hazırki sənədin imzalanması həm tərəflər arasında korrupsiyaya qarşı birgə mübarizənin aparılması, həm də digər fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq komitəsində mühüm rola malikdir.
K.Əliyev tikinti və şəhərsalma sahəsində qanunçuluğun təmin edilməsi, dövlət və cəmiyyətin maraqlarının qorunmasının prioritet məsələ olduğunu vurğulayaraq, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu sahədə aparılan araşdırmalar, yol verilən korrpsiya hüquqpozmaları, onların qarşısının alınması istiqamətində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı geniş təqdimatla çıxış edib. Daha sonra Anlaşma Memorandumu imzalanıb.
Digər Xəbərlər
02 May 2024 23:34
Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO
02 May 2024 15:58Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09