Kolumbiyadan Azərbaycana Qarabağ dəstəyi
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Kolumbiya Senatının vitse-prezidenti Daira de Yezus Galvis Mendesin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisdən verilən məlumata görə, Z. Əəsgərov görüşdə bildirib ki, Azərbaycan iqtisadi inkişafına görə və tolerantlıq baxımından regionda lider dövlətdir, bu məsələlər forumda geniş müzakirə olunacaq və iştirakçılar Azərbaycanı daha yaxından tanıyacaqlar.
O qeyd edib ki, iki ölkə arasında iqtisadi münasibətləri daha da inkişaf etdirmək və ticarət dövriyyəsini artırmaq üçün potensial kifayət qədərdir. Söhbət zamanı Ziyafət Əsgərov qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə məlumat verib.
Kolumbiya Senatının vitse-prezidenti Daira de Yezus Galvis Mendes bildirib ki, Kolumbiyada Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlıdırlar, Azərbaycanı yaxşı başa düşürlər və onunla həmrəydirlər: "Çünki Kolumbiya da münaqişələrdən və məcburi köçkün problemindən çox əziyyət çəkmiş ölkədir”.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da müzakirələr aparılıb.
Digər Xəbərlər
02 May 2024 16:33
Məzahir Pənahov: Noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
02 May 2024 16:08Azərbaycandan dünyaya sülh, təhlükəsizlik çağırışları
02 May 2024 16:04Aqiyə Naxçıvanlı: “Azərbaycanın təcrübəsi bir çox ölkələrdə mədəniyyətlərarası dialoqun qurulması və qorunması məqsədilə istifadə edilə bilər”
02 May 2024 16:02Prezident SƏRƏNCAM İMZALADI: Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
02 May 2024 13:32